27 Oktyabrda Bərdəyə düşmən tərəfindən atılan raketin nəticəsində xəsarət alanlar arasında Kəmalə Həsənova da olmuşdur.
⠀
Kəmalə xanım gözündən ağır yaralanaraq təcili xəstəxanaya qaldırılmışdı. Müayinələrdən sonra artıq ona görmə qabiliyyətini itirəcəyi bildirildi.
⠀
Lakin Fərəh Abduləliyeva zəhmətkeş ananın bunları yaşamasına göz yuma bilməzdi. Onun təşəbbüsü ilə bir neçə əməliyyat keçirilərək xəstə öz sağlığına qovuşdu
⠀
1-ci əməliyyat:
Fərəh Abduləliyeva - yaranın birincili cərrahi işlənməsi, skleral rupturaya tikişinin qoyulması.
⠀
2-ci əməliyyat:
Ruslan Məmmədov - mirvari suyu fakoemulsifikasiyası ve pras plana vitrektomiya.