Axtarış

Estetik kosmetologiya

Estetik kosmetologiya invaziv üsullardan istifadə etmədən bir çox kosmetoloji problemləri həll etməyə koməlik edir.

Estetik kosmetologiya sahəsinə üz və dəri üçün qulluq proqramları, kimyavi pilinqlər, stimullaşdıran karboksiterapiya, üzdə və bədəndə arzu olunmaz tüklərdən azad edilmə-epilyasiya (mum və ya şəkər ilə) və həmçinin qaşların formalaşdırılması (lazımi formanın, rəngin verilməsi) daxildir.

Qüsursuz üz və bədən üçün proqramlar. Kosmetologiyanın estetik üsulları ilə əhəmiyyətli nəticə əldə etmənin mümkün olmadığı fikri yanlışdır. Xüsusi seçilmiş üzə qulluq proqramları sayəsində dərinin ümumi vəziyyətinin yaxşılaşdırmaq, qırışlar və piqmentasiyadan azad olmaq, üz sahəsində mikrodolaşım üzərində işləmək, bununla dərinin toxuma tənəffüsünü və daxildən qidalanmasını yaxşılaşdırıb üzün ovalını gərmək və aşkar cavanlaşma effektini əldə etmək mümkündür. Biz həm də kuperozun, yəni üzdə damar torlarının yaranması probleminin, kimyavi müalicə üsulunu təklif edirik.

Akne problemində dərinin təmizlənməsi və pilinqin müxtəlif növləri kimi estetik kosmetologiya metodları medikamentoz müalicə ilə birlikdə qısa müddətdə ən yaxşı nəticəni almağa köməklik edir.

 Həmçinin estetik kosmetologiyanın müxtəlif üsulları ilə invaziv kosmetolojik prosedurlardan (kontur plastikası) və cərrahi müdaxilələrdən sonraki bərpa müddətini qısaltmaq mümkündür. Estetik tibb, aparat kosmetologiyası, terapevtik kosmetologiya birlikdə Sizin dərinizə sağlam xarici görünüşü təmin edən və illər boyu onu cavan saxlayan prosedur kompleksini yaradır.

Kosmetoloqun xidməti sadəcə professional konsultasiya və üzünüzə qulluqda yardım deyil, həmçinin də individual müalicə və dəriyə qulluq proqramlarının seçilməsidir. Kosmetoloq (dermatoloq) Sizin üçün Sizə cavanlıq və sağlamlıq bəxş edən effektiv prosedurları seçəcəkdir.

Estetik kosmetologiya

Foto qalereya