Axtarış

Pərviz Hacıyev

Uşaq uroloqu

Bioqrafiya

Haqqında:

☑ 2009-cu ildə Türkiyə Respublikası Ankara Universitetinin Tibb Fakültəsini bitirərək həkim ixtisasına yiyələnmişdir.⠀
☑ 2010-cu ildə keçirilən TUS (tıpta uzmanlık sınavı – tibdə rezidentura imtahanı) imtahanında birinci seçimi olan Ankara Universiteti Urologiya Kafedrasına daxil olaraq rezidentura təhsilinə başlamışdır.⠀
☑ 2015-ci ildə rezidentura təhsilini başa vuraraq Uzman Uroloq ixtisasını almışdır.⠀
☑ 2015 YDUS (Yan Dal Uzmanlık) imtahanında Türkiyə üzrə 2-ci yeri əldə etmiş və Ankara Universitetində Uşaq Urologiyası üzrə yandal təhsilinə başlamışdır.⠀
☑ 2019-cu ildə 3 illik Uşaq Urologiyası Yan dal təhsilini bitirərək Uşaq Urologiyası Uzmanı ünvanını almışdır.⠀
☑ 2014-cü ildə Avropa Uroloqlar Cəmiyyətinin (EAU) təqaüdü ilə Danimarkanın Aarhus Universitetində Uşaq Urologiyasi üzrə elmi-praktiki təcrübə keçmişdir.⠀
☑ 2013 və 2014-cü illərdə Avropa Uşaq Urologiyası Konqreslərində (ESPU) ən yaxşı araşdırmalar üzrə 2 dəfə üst-üstə birinci yerə layiq görülmüşdür.⠀
☑ 2019-cu ildə Belçikada keçirilən Avropa Uşaq Urologiyası Bordunun imtahanlarını verərək FEAPU (Avropa Uşaq Uroloqu) titulunu almışdır.⠀
☑ 2020-2022 tarixlərində M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında baş həkim olaraq işləmişdir.⠀
☑ 2022-ci ildən Avropa Uşaq Urologiyası Cəmiyyətinin (ESPU) Təhsil Komitəsinin üzvüdür.⠀
☑ 2022-2023 tarixlərində Chicago Universitetində Amerika Birləşmiş Ştatlarının təqaüdü ilə fellowship keçmişdir.

 

O:

• urogenital anomaliyalar;
• kriptorxizm;
• qasıq yırtığı;
• hidrosele;
• yeniyetmələrdə varikosele;
• hipospadiya;
• epispadiya;
• sünnət və sünnət xətaların düzəldilməsi;
• enurez, uşaqlarda gündüz və gecə sidik qaçırmaları;
• sidik axarı reflüksü;
• sidik axarı darlıqları;
• hidronefroz və hidronefroza səbəb olan xəstəliklərin tibbi cərrahiyyəsi üzrə ixtisaslaşmışdır.⠀

Pərviz Hacıyev
İş saatları:
B.e — Ş. Saat: 09:00—17:00
Ünvanımız:
Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073
Əlaqə nömrələri:
*6699