Göz refraktometriyası
Autorefraktometriya göz refraksiyanın kompüter diaqnostikasının müasir metodudur. Prosedur ağrısızdır, bir neçə dəqiqə ərzində həyata keçirilir və həm böyüklərdə, həm də uşaqlarda (hiperopiya, miyopiya və astiqmatizm) minimal refraktiv xətalar barədə obyektiv məlumatlar verir.
Autorefraktometriya klinik refraksiyanı obyektiv qiymətləndirmə metodlara aiddir. Refraksiya gözün optik sisteminin işıq şüalarını sındırmaq qabiliyyətidir, diopterlərdə ölçülür. İnsan gözü canlı optik sistem olan mürəkkəb sensor orqandır. İşıq şüası buynuz qişadan, ön və arxa kameralarının mayesindən, büllur və şüşəyəbənzər cismidən keçir və torlu qişada fokuslaşır. Bu zaman, torlu qişada şəkilin kiçilmiş tərs görüntüsü meydana gəlir və yalnız elektromaqnit impulslarına çevrildikdən sonra beynimiz tərəfindən şəkilin düzgün xəyalı alınır.
Avtorefraktometriya eynək seçimi üçün istifadə olunur və büllurun, şüçəyəbənzər cismin və ya buynuz qişanın buludlanması olduqda aparılmır, çünki bu vəziyyətdə işıq şüanın keçmasi və əks olunması pozulur.
Tədqiq zamanı refraktometr infraqırmızı işıq yayır. Optik mühitlərdən keçərək işıq şüaları qırılır, tor qişasına və göz dibinə çatıb əks olunuraq geri qayıdırlar. Bu zaman xüsusi elektron ötürücüləri tor qişaya çatmazdan əvvəl və sonraki əks olunan görüntünü qeydə alırlar. Daha sonra kompüter proqramı əldə edilmiş parametrləri təhlil edir və refraksiyanın nəticələrini göstərir.
Refraksiyanın düzgün müəyyənləşdirilməsi üçün akomodasiyanı nivelirləmək vacibdir – göz istirahətdə olmalı və göz içi əzələlərinin heç bir hərəkəti prosedurun düzgün aparılmasına mane olmamalıdır. Bunun üçün xəstənin baxışı son dərəcə uzaq görünən görüntüyə mərkəzləşir. Əvvəllər sxematik işarədən istifadə olunurdusa, hal hazırda yeni cihazlarda ağac və ya balon şəkli ilə əvəz olunub, bu baxışı tanış şəkilə fokuslaşmasına kömək edir və beləliklə xətanı əhəmiyyətli dərəcədə azaldır.
"Refraktometriya" termini tibbdə görmə refraksiyanı və onun pozğunluqlarını obyektiv müəyyənləşdirilməsi məqsədi ilə istifadə olunur. Metod refraktometrlər adlanan xüsusi cihazların istifadəsini əhatə edir və yüksək diaqnostik əhəmiyyətə malikdir. Onun vasitəsilə miyopiya, hiperopiya və astiqmatizm kimi yayılan görmə pozulmaları aşkarlamaq mümkündür.
Refraktometriya metodu ilk dəfə Almaniyada 19-cu əsrdə tətbiq edilmişdir. O zamanlar oftalmoskopik güzgü və əvəzedici linzalar refraktometr kimi istifadə olunurdu. Müasir oftalmologiya göz daxilindən əks olunan işıq siqnallarını qeyd edən kompüter avtomatik refraktometrləri malikdir.
Refraktometriya - göz refraksiyanın təyini
Göz refraktometri xəstə üçün ağrısız olan qeyri-invaziv obyektiv diaqnostik üsuludur. Üsul optik tarazlıq vəziyyətində buynuz qişanın, şüşəyəbənzər cismin və büllurün refraksiya gücün və gözün uzununa oxun nisbətin öyrənilməsinə əsaslanır.
Metod oftalmologiyada geniş tətbiq tolunur, çünki yalnız emmetropiyanı (normal refraksiya zamanı görüntünün (tor qişada) lazım olduğu qaydada əmələ gəlməsi) deyil, həmçinin ametropiyanı təyin etməyə imkan verir.
Sonuncu gözün refraktiv gücündəki anormal dəyişikliklərlə xarakterizə olunur, bu da aşağıdakı kimi refraktiv pozulmalara səbəb olur:
- Miyopiya - görünüş formalaşması tor qişanın qarşısında baş verir;
- Hiperopiya –görüntü tor qişanın arxasında meydana gəlir;
- Astiqmatizm - işıq şüaları tor qişanın bir nöqtəsində birləşmir və bu da görüntünün düzgün formalaşmamasına səbəb olur.
- İş saatları:
- B.e — Ş. Saat: 09:00—17:00
- Ünvanımız:
- Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073 - Əlaqə nömrələri:
- *6699