Tor qişa xəstəliklərin müalicəsi
Tor qişası yüksək işıq həssaslığına malik olan və görüntünün qavranılması funksiyasını daşıyan gözün ən incə daxili qişasıdır. Tibbi statistikaya görə, torlu qişa xəstəlikləri, ilk növbədə onun damar, iltihablı və distrofik zədələnmələri dünyada korluq və göz əlilliyin əsas səbəblərindən biridir.
Son dərəcə müasir texniki təchizat və peşəkarlıq Badam Medical Center oftalmoloji klinikasının mütəxəssislərinə retinal patologiyaların müalicəsində ən effektivli və qabaqcıl metodlardan istifadə etməyə imkan verir.
Retinal xəstəliklərdən necə qurtulmaq olar?
- Lazer müalicəsi: lazer koagulyasiyası, PPLC;
- Cərrahi müalicə (vitreoretinal müdaxilələr);
- Medikamentoz müalicəsi;
- "Lucentis", "Eilea", "Ozurdeks" dərmanları ilə göz içi inyeksiyaları.
Lazer müalicəsi
Qabaqcıl lazer texnologiyalarından istifadəsi ilə tətbiq olunan prosedurlar mümkün qədər dəqiq və praktik olaraq təmassız, ən yaxşı keyfiyyətli müalicə nəticələrini əldə etməyə imkan verir, və bərpa müddəti əhəmiyyətli dərəcədə azalır. Tor qişa xəstəliklərin bu növ müalicəsi anesteziya tələb etmir, bu da orqanizmin lazımsız stresdən qaçınmasına imkan verir.
Lazer koagulyasiyası
Lazer koagulyasiyası periferik və mərkəzi retinal distrofiyalar, bəzi növ şişlər, şəkərli diabet və ya tor qişanın mərkəzi damar trombozu üçün xarakterik olan damar zədələnmələri, angiomatoz, yaşla bağlı makulyar degenerasiyası və digər patologiyalarla zamanı istifadə olunur.
Proseduranın məqsədi tor qişanın güclənməsindən – tor qişası və damar qişası arasında bitişmələrin yaranmasından-və tor qişa laylanmasının inkişafını qarşısını almağa kömək etməkdən ibarətdir, lazer koagulyasiyası göz dibinin dəyişikliklərin qarşısını almağında da effektivlidir.
Periferik lazer koagulyasiyası
Tor qişa distrofiyası görmə funksiyasına mənfi təsir göstərən çox vaxt tor qişanın müxtəlif bölgələrində yırtıqlara və laylanmalara gətirib çıxardır.Tor qişanın periferik profilaktik lazer koagulyasiya proseduru (PPLK) tor qişanı gücləndirməyə, yırtıqlardan və laylanmalardan qorumağa imkan verir.
PPLK gözə qan dövranını və tor qişanın zədələnmiş bölgəsinin qidalanmasını yaxşılaşdırır, tor qişanın altına mayenin daxil olmasının və nəticədə onun laylanmasının qarşısını alır. Bu prosedur tor qişa problemi olan (məsələn, miyopiyanın yüksək dərəcəli olma səbəbindən) və uşaq doğmağı planlaşdıran qadınlara tövsiyə olunur - PPLK görmə qabiliyyətini itirilmə riski olmadan sərbəst şəkildə doğuşa, anaların sağlam gözlərini qorumağa imkan verir.
Cərrahi müalicə
Cərrahi oftalmologiyanın ən çətin sahəsi olan vitreoretinal cərrahiyyədə istifadə olunan müasir metod və texnologiyalar, əvvəllər ümidsiz hesab olunan hallarda belə, tor qişasının normal işləməsini bərpa etməyə kömək edir. Vitreoretinal cərrahiyəsinin əsas üsullarına vitrektomiya və episkleral ploblanma daxildir.
Vitrektomiya
Vitrektomiya gözün şüşəyəbənzər cismin qismən və ya tamamilə çıxarılmasından ibarət olan əməliyyatdır. Bu tip cərrahi müdaxilə şüşəyəbənzər cisimdə qanaxma, vizual aparatın ağır xəsarətləri, göz içi infeksiyası, həmçinin bir sıra digər əlamətlərin olması halında həyata keçirilir. Tor qişası və onun mərkəzi zonasının zədələnmələri zamanı şüşəyəbənzər cismin çıxarılması gözün tor qişasına daxil olmağa və qabilliyətini bərpa etmək üçün lazımi addımlar atmağa imkan verir.
Badam Medical Center texniki təchizatı mikroskopik deşiklər vasitəsilə ən yumşaq şəkildə vitrektomiyanı həyata keçirməyə imkan verir. Mikroinvaziv vitrektomiya standart əməliyyatla müqayisədə daha az travma, aşağı qanaxma riski və qısa reabilitasiya dövrü ilə xarakterizə olunur.
Episkleral plomblanma
Prosedur zamanı tor qişanın zədələnmiş toxumalarının gözün damar qişasına maksimum uyğunlaşması əldə edilir. Episkleral ploblanma skleraya, gözün xarici zülal membranına, tor qişasının laylanan və yırtılan yerlərində fiksasiya plombların tətbiq edilməsindən ibarətdir.
Tor qişanın hər cür zədələnmə mənşəyi və lokalizasiya zamanı Badam Medical Center-də bu cür mikrocərrahi müdaxilənin istənilən növü mövcuddur.
Lazer şüaları çox az yayılır, buna görə ətrafdakı toxumaları zədələndirmir. Fərqli dalğa uzunluqları (qırmızı, sarı, yaşıl) olan işıq lazerləri istifadə olunur və ya onlar bir-biri ilə birləşdirilir. Lazer şüasının göz dibinə daxil olması üçün gözün optik sistemindən keçməlidir, yəni buynuz qişa, büllur və şüçəyəbənzər cisimdən keçərək torlu qişaya çatır. Tor qişanın təbəqələrində lazer şüası melanin, ksantofil və hemoglobinlə absorbsiya edilir.
Əməliyyatdan sonra tor qişanın bərpası 1-2 həftə ərzində baş verir, bu müddət ərzində aşağıdakı məhdudiyyətlərə riayət etmək tövsiyə olunur:
- İdman zallarına getməkdən çəkinin;
- Ağır əşya qaldırmaqdan qaçının (3 kq-dan çox deyil).
Tor qişanın laylanması görmə qabiliyyətinin kəskin pisləşməsinə səbəb olur və korluqla nəticələnə bilər. Buna görə ilk simptomlar görünəndə dərhal həkimə müraciət etməlisiniz!
Müasir oftalmoloji klinikalarda, o cümlədən mərkəzimizdə həkimlər tor qişa laylanmasını müalicə etməkdə böyük təcrübəyə malikdirlər və bu əməliyyatda istifadə olunan yüksək tezlikli lazer ilə yüksək dəqiqli aparat tor qişanın lazer koagulyasiyasını yüksək səviyyədə aparılmasına imkan verir. Unutmayın ki, yalnız ixtisaslı tibbi yardıma vaxtında müraciət müsbət müalicə nəticəsini əldə etməyə imkan verəcəkdir.
- İş saatları:
- B.e — Ş. Saat: 09:00—17:00
- Ünvanımız:
- Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073 - Əlaqə nömrələri:
- *6699