Axtarış

Yaş yollarının zodlanması

Yaş yollarının zodlanması və bujlanması 

Yaş yollarının zodlanması, bujlanması ve daha sonra yuyulması─müalicəvi və ya diaqnostik məqsədilə tətbiq olunan bir prosedurdur. Sonuncu prosesdə rentgenoskopiyanı həyata keçirmək üçün yaş yollara kontrast maddələr daxil olunur.

Prosedur ambulator şəkildə aparılır. Yaş yollarının zodlanmasını həyata keçirməzdən əvvəl gözün konyunktiv kisəsinə anestezik həll-dikain yeridilir. O, təsirini göstərdikdən sonra həkim alt göz qapağını çəkir və probu göz yaşı kanalına daxil edir, diqqətlə və asanlıqla göz yaşı kanaldan keçirir. Eyni zamanda, yaşı kanalın keçicilik qabiliyyəti bərpa olunur, iltihablı xəstəliklərin qarşısını almaq məqsədilə dərmanların birbaşa göz yaşı vəzə yeridilməsi mümkün olur.

Yaş yolların bujlanması bizim tibbi mərkəzimizdə təcrübəli tibb işçiləri tərəfindən lazımı avadanlıqlarla təmin olunmuş steril kiçik əməliyyat otağında həyata keçirilir.

Uşaqlarda nasolakrimal yollarının zondlanması və yuyulması

Təəssüf ki, son illərdə yaş yolların tixanıqlığı (və ya dakriotistit) sıx rast gəlinən halldır. Konservativ üsulla müalicə ikinci dəfə belə tətbiq olunduğu zaman nəticə vermədiyi təqdirdə, həkimlər yaş yolların zondlanmasının keçirilməsini tövsiyyə edirlər. Yenidoğulmuş körpələrdə nasolakrimal kanal problemləri müxtəlif səbələrdən meydana gəlir.  Daha çox göz yaşı kanalın qoruyucu membranın yırtılmaması ilə əlaqəlidir, necə ki körpənin doğulduğu anda olmalıdır.

Zondlanma ne vaxt tətbiq olunur?

Bir çox valideyinlər cərrahi müdaxiləyə böyük qorxu ilə yanaşırlar. Bəs zondlanma proseduru həqiqətən bu qədər qorxuludur? Yenidoğulmuşların yaş kanalın zondlanması körpənin iki-üç aylıgında tətbiq olunur. Körpənin səhhəti imkan verərsə həkimin tövsiyəsi ilə zondlanma daha erkən vaxtda aparıla bilər.

Əməliyyat necə keçir?

Yaş yollarının zodlanması ─ tez-tez tətbiq olunan, olduqca çətin, lakin tez zamanda bitən əməliyyatdır. Əməliyyat lokal anesteziya altında aparılır və müddəti 5-10 dəqiqədən çox təşkil etmir. Zondlanma bitdikdən sonra göz yaşı yolları dezinfeksiyaedici həllə yuyulur. Əməliyyat həkimdən diqqətlik və yüksək peşəkarlıq tələb edir. Zondlanma əməliyyatı aparıldıqdan sonra kanalların tıxanma residivin qarşısını almaq məqsədilə damcılar təyin olunur. Yaş yollarının zondlanmasının uğurluluq dərəcəsi 90%-dən çox təşkil edir. Nadir hallarda prosedura ikinci dəfə ehtiyac yarana bilər. 

Adətən, bu cür müdaxilədən bir neçə saat keçdikdən sonra uşaqlar adi həyat tərzinə qayıdırlar. Nadir hallarda körpədə bir müddət burun tıxanıqlığı və yüngül qanaxma müşahidə oluna bilər, lakin daha sonra bitəcək.

Əməliyyata hazırlıq və gedişatı haqqında daha ətraflı məlumatı müalicə edən həkim izah edəcək.
 

İş saatları:
B.e — Ş. Saat: 09:00—17:00
Ünvanımız:
Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073
Əlaqə nömrələri:
*6699

Xidmətlərdən istifadə etmək
üçün qeydiyyat forması

Xidmətlər