Axtarış

Konyunktivadan yaxma-biopsiya götürülməsi

Konyunktival yaxma

Oftalmologiya sahəsində konyunktivit gözün selikli qişasının (konyunktiva) iltihabı ilə müşayiət olunan xəstəliklərə deyilir. Konyunktiva daim qıcıqlandırıcılarla təmasdadır, onun əsas vəzifəsi gözü toz, mikroblar, viruslar, hərarət və günəş işığının təsirindən qorumaqdır. Normal, sağlam bir vəziyyətdə konyunktiva şəffaf, hamar, səthi çəhrayıdır, damarlar və vəzilər açıq şəkildə görünür. Konyunktival yaxma gözün qoruyucu membranında patogen mikrofloranın mövcudluğunu müəyyən etmək və ya təkzib etmək məqsədilə aparılan diaqnostik bir prosedurdur.

Konyunktivitin törəməsinə səbəb ola bilərlər:

  • bakteriyalar
  • göbələklər
  • viruslar
  • allergiya

Konyunktivitin simptomları

Həkim aşağıdakı xarici əlamətlərə görə diaqnostik prosedur təyin edə bilər:

  • göz qapaqlarının qaşınması və ödemi
  • gözlərin sulanması
  • göz toxumaların qızarması
  • selik və ya irin ifrazatı, yuxudan sonra göz qapaqların yapışması

Ümumi səhhətin pisləşməsi, bundan əlavə öskürək, rinit, gözləri hərəkət edərkən ağrı, işıqdan qorxma və hərarətin yüksəlməsi kimi diqər simptomlar müşayiət olan xəstəliklərin epidemiologiyasından asılı olaraq meydana gələ bilər. Çünki katarakta zamanı göz kəskinliyi əhəmiyyətli dərəcədə azalır. Xəstəliyin inkişaf etmiş mərhələsində bu növ qavrayışın pisləşməsi düzgün işıq qavrayışına düşməsinə mükün ola bilər (işıq mənbəyin mövqeyi nəzərə alınır).

İş saatları:
B.e — Ş. Saat: 09:00—17:00
Ünvanımız:
Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073
Əlaqə nömrələri:
*6699

Xidmətlərdən istifadə etmək
üçün qeydiyyat forması

Xidmətlər