Axtarış

Oftalmologiya

Oftalmologiya göz orqanının fiziki və anatomik xüsusiyyətlərini öyrənən və həmçinin gözün və onun əlavə aparatlarının (göz qapaqları, göz yaşı orqanları, selikli qişa) xəstəliklərinin müalicəsi ilə  məşğul olan tibb sahəsidir.

Oftalmologiya şöbəsinin prioritet olan istiqaməti qlaukoma, katarakta, torlu qişa xəstəlikləri bənzəri olan ağır somatik xəstələrin, hansılardaki göz xəstəlikləri ilə yanaşı ağır xroniki xəstəlikləri də var (şəkərli diabet, ağırlaşmış hipertoniya formaları, infarktlar və insultlar) müalicəsi də daxil olmaqla göz mikrocərrahiyyəsidir.

Şöbədə göz xəstəlikləri və görmə pozğunluqları ilə əlaqədar istənilən suallarla bağlı bütün növ oftalmoloji konsultasiyalar aparılır. Konsultasiyalar ixtisaslı həkim-oftalmoloqlar tərəfindən həyata keçirilir. Elmi mütəxəssislər olan kandidatları və tibb elmləri doktorları da işə cəlb oluna bilərlər. Xüsusi suallarla bağlı sıx əlaqəli bölmələrin mütəxəssislərinin (otorinolarinqoloq, terapevt, endokrinoloq) konsultasiyası aparılır.

Həmçinin göz mikrocərrahiyyəsi şöbəsində bütün növ oftalmolojik müayinələr aparılır: görmə kəskinliyinin və refraksiyasının obyetkiv və subyektiv müayinəsi, gözün ön bölməsinin biomikroskopiyası, kompüter perimetriyası, kompüter koqerent tomoqrafiyası, USM-müayinəsi, göz dibinin müayinəsi və s..

Şöbə mikrocərrahiyyələr və lazer cərrahiyyələrin aparılması üçün avadanlıqla, fizioterapevtik və diaqnostik tədbirlərin keçirilməsinə imkan verən müasir optiko-elektron və kompüter diaqnostik vasitələri ilə, müasir göz cərrahiyyəsinin digər bir çox avadanlıqları ilə təmin olunmuşdur.

Klinikanın texniki avadanlığı ən çətin diaqnostik və müalicəvi prosedurları maksimal dərəcədə efektiv və təhlükəsiz həyata keçirməyə icazə verir.

Gözün mikrocərrahiyəsi şöbəsində az trvmatik, qansız, tikişsiz əməliyyat metodları bir çox lazer müalicəsi fizioterapiya növləri tətbiq olunur.

Oftalmologiya şöbəsində yüksək ixtisaslı, xüsusi hazırlıq keçmiş tibbi personal işləyir. Bizim həkimlərimizin yüksək səviyyədə olması beynəlxalq sertifikatlarla təsdiq olunur.

Oftalmologiya

Foto qalereya