Axtarış

OKT

Optik Koherent Tomoqrafiyası (OKT)

OCT - ingilis dili abbreviaturasından "optical coherence tomography" deməkdir.

Optik koherent tomoqrafiyası torlu qişanın, optik sinir diskin və gözün ön hissəsinin təbəqələrinin görüntülərini əldə edərək göz strukturlarını ətraflı öyrənmək üçün aparılan metoddur.

Oftalmologiyada bu metod tor qişa xəstəliklərin (mərkəzi və periferik zonalarda), qlaukoma (o cümlədən asemptomatik mərhələlərdə), gözün ön seqmentinin (buynuz qişa, qüzeyli qişa, büllur, ön kamera bucağının patologiları zamanı) diaqnostikası və dinamik izləməsi üçün tətbiq olunur.

Tomoqrafiya tor qişanın strukturundaki olan digər müayinə metodlarının (məsələn, ultrasəs müayinəsi) istifadəsi ilə görünməyən çox kiçik dəyişikliklərin tədqiqinə imkan verir. Optik koherent tomoqrafiya vasitəsilə normal göz quruluşlarının vəziyyəti və patoloji təzahürlər haqqında ətraflı məlumatı əldə etmək mümkündür.

Müayinə təmassız şəkildə aparılır və prosedurun özü ağrısız, təhlükəsizdir və xüsusi hazırlıq tələb etmir.

Nəticədə alınan görüntülər daxili məlumat bazası və ya əvvəlki ziyarətlərdə əldə edilmiş kompüterin sərt diskində saxlanılılan (dinamikada müşahidə) göstəricilərlə müqayisə edilə bilər. Görüntülər digər informasiya daşıyıcılarda (yaddaş kartları, fləş kart və disklər) saxlanıla bilər.

Üç ölçülü görüntülərin əldə edilməsi üçün ən son texnologiyalar (tədqiq cəmi 2 saniyə çəkir, dərhal 4 mm3 həcmdə tor qişanın üçölçülü görüntünün alınması mümkündür) patoloji dəyişikliklərin diaqnozunun keyfiyyətini əhəmiyyətli dərəcədə artırmağa və onların lokalizasiyasının yerini dəqiq aşkar etməyə kömək edir.

Tor qişanın geniş müayinəsinin aparılması (xəritələr, cədvəllər və qrafiklərlə birlikdə) onun vəziyyətini tam şəkildə göstərir.

Bu müayinə vasitəsilə tor qişanın təbəqələrinin vəziyyətini daha aydın qiymətləndirmək üçün yüksək dəqiqlikli görüntülər əldə etmək olar.

Əldə edilmiş görüntüləri müqayisə etmək üçün unikal proqramlar komplekti (əvvəlki müayinələrin məlumatları da daxil olmaqla)  patoloji prosesin dinamikasını daha dəqiq və tam şəkildə qiymətləndirməyə imkan verir.

Hal-hazırda, optik koherent tomoqrafiyası görmə orqanının strukturlarının patologiyasının diaqnostikası üçün ən müasir üsuldur.

OKT-nin üstünlükləri:

  • Müayinə proseduru cəmi 3 dəqiqə çəkir.
  • Müayinə - qeyri-invazivdir, kontrast maddələrdən istifadə edilmir.
  • Görüntülər çox yüksək keyfiyyətə malikdilər.
  • Mərkəzdə və periferiyada görmə sinir və tor qişanın görüntüsünü eyni zamanda əldə etməyə imkan verir.
  • Genişlənmiş və ya bir qədər genişlənmiş göz bəbəyi ilə görüntü əldə etməyə imkan verir.
  • Müayinə zamanı gözlər korlanmır, fləş daha azdır, həkim və xəstə üçün daha rahatdır.
  • Müayinə zamanı avtomatik təkrarlanan skan funksiyası və gözün tədqiq funksiyası mövqe və göz hərəkətlərində dəyişikliklərə uyğunlaşdırılmışdır. Görmə qabiliyyəti zəif və ya pis fiksasiyası olan xəstələr üçün çox vacib cəhətdir.
  • Bu aparat gözün optik mühitin buludlanması zamanı (məsələn, katarakta vəziyyətində) müayinələr üçün də istifadə edilə bilər.
  • OKT müayinəsi xəstəliyin inkişafının erkən mərhələsində diaqnoz qoymağa və vaxtında müalicəyə başlamağa imkan verir.
     
İş saatları:
B.e — Ş. Saat: 09:00—17:00
Ünvanımız:
Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073
Əlaqə nömrələri:
*6699

Xidmətlərdən istifadə etmək
üçün qeydiyyat forması

Xidmətlər