Trixiaz. Diaqnoz və müalicə
Parlaq işıqdan gözlərdə ağrı hiss edirsiniz, tez-tez gözünüzü qırpırsınız, artıq lakrimasiyadan əziyyət çəkirsiniz və gözlərinizdə yad cismin olması hissi var? Bəlkə də bu problemlər göz qapaqlarında düzgün olmayan kirpik böyüməsi ilə yəni trixiazla əlaqələlidir. Kirpik epilyasiyası kirpiklərin çıxarılması deməkdir. Adətən insanlar kirpiklərini qorumağa və hətta artırmağa çalışırlar. Lakin trixiaz kimi bəzi xəstəliklər zamanı müalicə kursunu uğurla aparmaq üçün kirpiklər çıxarılmalıdır.
Trixiaz kirpiklərin uzanma xüsusiyyətidir, həmin zaman kirpiklər xaricə və yuxarı deyil, içəriyə və aşağıya doğru uzanır, gözü zədəliyir. Trixiaz anadangəlmə problem ola bilər ya da müxtəlif göz yaralanmaları və ya əməliyyatdan sonra və ya göz qapaqlarının kirpik kənarındaki xəstəliklər nəticəsində baş verir.
Trixiaz diaqnozunu qoymaq çətin deyil - daim yanlış uzanan kirpiklər göz almasını zədəliyir. Həkim müayinədən sonra kirpik epilyasiyasını təyin edir. Əməliyyata hazırlıq onun necə aparılacağına bağlıdır. Yanlış yerləşdirilmiş tüklərin təkrar böyüməsinin qarşısını almaq üçün kirpiklər saç kökü ilə birlikdə çıxarılmalıdır. Kirpiklərin çıxarılması cərrahi və həmçinin elektro- və ya diatermokoaqulyasiya üsulu ilə həyata keçirilə bilər.
Müdaxilə sahəsi kiçik olduğundan kirpik epilyasiyası mikroskop altında aparılır. İstra Tibb Mərkəzi mikroskop altında effektiv kirpik epilyasiyasını aparmaq üçün bütün lazımı avadanlıqlara və ixtisaslı kadrlara malikdir.
Göz qapağı normal vəziyyətdə böyüyən kirpiklərlə gözü kirdən və tozdan, çox parlaq işıqlandırmadan və ətrafdakı digər aqressiv amillərdən qoruyur. Lakin, kirpik kənarı gözün içəriyə doğru çevrilikdə kirpiklər buynuz qişanı cızmağa başlayır və bu problem həll olunmadığı təqdirdə çox sayda yaralara səbəb ola bilər.
Trixiaz müalicəsi
Xəstəliyi yalnız dərmanlarla müalicə etmək olmur. İltihab əleyhinə damlalar və məlhəmlər qıcıqlanmanı və iltihabı aradan qaldırır, lakin bu cür terapiya kirpik tüklərin böyüməsini dayandıra bilməyəcək. Buna görə trixiaz müalicəsinə daha radikal üsullar daxildir:
Anormal kirpiklər maqqaşla xaric edilə bilər.
Metodun mənfi cəhəti proseduru bir neçə həftədən sonra təkrarlanmasıdır çünki tüklər təkrar-təkrar böyüyəcəkdir.
Lazer və elektroepilyasiya trixiaz xəstəliyindən təsirlənən kiçik sahəsində tətbiq oluna bilər. Lazer və elektroepilyasiyası saç folekulunu məhv edir və kirpik artıq böyümür.
Cərrahi əməliyyat
Bu üsul distrixiaz və distixiaz həm də patoloji kirpiyin davamlı böyüməsi vəziyyətində icra edilə bilər. Əməliyyat zamanı düzgün böyüməyən kirpikləri olan dəri örtüyü çıxarılır, daha sonra göz qapağından və ya dodağın selikli qişadan alınan dəri örtüsü ilə əvəz olunur. Kirpiklərin tamamilə yox olmasından sonra qaşdan götürülmüş dəri örtüsü istifadə olunur. Bu cərrahi müdaxilə stasionar şərayitdə aparılır və mürəkkəblik səviyyəsindən asılı olaraq müddəti 20 dəqiqədən bir saata qədər təşkil edir. Əməliyyatdan sonra yara bakterisid damcılarla müalicə olunur.
Buynuz qişa üzərində yaralar meydana gəldikdə, trixiazdan təsirlənmiş dəri sahəsinin rezeksiyası, qaşdan götürülmüş yeni dəri örtüsünün transplantasiyası və gözün buynuz qişa hissəsindəki xoranın terapiyasını daxil edən hərtərəfli müalicə aparılır. Bu məqsədlə, antibiotikdən ibarət olan məlhəmlər və antibakterial damcılar vasitəsi ilə müalicə kursu təyin olunur.
- İş saatları:
- B.e — Ş. Saat: 09:00—17:00
- Ünvanımız:
- Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073 - Əlaqə nömrələri:
- *6699