Axtarış

Plastik cərrahiyə

Xarici görünüşünüzü yaxşılaşdırıb özünə əminlik qazanmanın bir çox yolu var. Estetik plastik cərrahiyyə üz cizgilərini dəyişdirə, saç inkişafını bərpa edə, dərinin keyfiyyətini arttrıra bilər. Bunun üçün müxtəlif prosedurlar var – cavanlaşdırıcı, gözəlləşdirici və rekonstruktiv.

Plastik cərrahiyyə daha uğurlu bir həyata investisiyadır

Plastik cərrahiyyə hər qadının (və ya kişinin!) həyatında ən az bir dəfə bu barədə düşündüyü çox maraqlı bir sahədir. Lakin adətən plastik əməliyyatlara olan qiymətlər növbəti konkret addımlar atmaq üçün bir əngəldir. Buna baxmayaraq, plastik cərrahyyə bir investisiyadır, lakin bu vacib faktor barədə az adam fikirləşir. Bu daha yaxşı və xoşbəst həyata bir investisiyadır. Bu insanın özünə olan bir investisiyadır.

Bəzən gözəllik əməliyyatlarını şöhrətpərəstlikdən edirlər, amma əsasən çox böyük çapıq, həddindən artıq qeyri-proporsional və ya formasız bədən hissəsi kimi tutarlı səbəblərə görə edirlər. Əgər siz özünüzü öz bədəninizdə narahat hiss edirsizsə onu yaxşı tərəfə doğru necə dəyişəcəyiniz barədə fikirləşmək lazımdır. İlk öncə insan özünü sevməlidir və ancaq bundan sonra ətrafdaki insanlarla yaxşı əlaqədə ola və ya həyati çətinliklərə qarşı çıxa bilər.

Biz sizin individuallığınızı qoruyaraq sadəcə dəyişməyə yox, həm də travmaların nəticələri olan yara yerləri və çapıqları ortadan qaldırmağa köməklik edirik. Fərqli çətinlik dərəcələrində əməliyyatlar aparılır. Ən yeni avadanlıqlar, yüksək professionalizm və hər cürə yüksək səviyyəli xidmət bizim mərkəzimizdə olduğunuz zaman Sizə özünüzü rahat hiss etməyə köməklik edəcəkdir.

Plastik cərrahiyyə hansı məsələləri həll edir?

Tibbin bu istiqamətinin, onun yaxın “qohumu” olan kosmetologiyanın olduğu kimi, tapşırıqlarına anadangəlmə və ya qazanılmış defektlərin korreksiyası, üzün və bədənin estetikasının yaxşılaşdırılması daxildır. Lakin burada plastik cərrahiyyənin və kosmetologiyanın təsir metodları fərqlənir. Estetik problemlərin profilaktikası və az invaziv həll metodları kosmetologiyanın güclü tərəfləridir.

Plastik cərrahiyyə qısa müddətdə mövcud olan qüsurları radikal həll etməyə imkan yaradır. Bu xüsusiyyətinin sayəsində demək olar ki, hüdudsuz imkanlara malikdir!

Plastik cərrahiyyə rekonstruktiv və estetik olmaq şərti ilə iki qrupa bölünür. Rekonstruktiv texnikalar insan orqanlarının itirilmiş funksiyasını natamam ya da tam bərpasına, anadalgəlmə defektlərin və posttravmatik zədələnmələrin aradan qaldırılmasına yönəlikdir. Estetik xüsusiyyətli əməliyyatlar isə yaşla dəyişən üz və bədən cizgilərini bərpa etməyə və ya daha mükəmməl cizgilər yaratmağa köməklik edir.

Çox vaxt plastik cərrahiyyənin bu iki istiqamətini birləşdirirlər. Buna ən gözəl nümunə mammoplastikadır. Bu əməliyyat sayəsində nəinki döşün ölçü və formasını korreksiya etmək, həm də ona yaşla və ya əmizdirməklə, çəkinin dəyişkənliyi, travmalar və s. ilə  itirilmiş gözəlliyini və elastikliyini qaytara bilmək olar.

Bizim uğurumuzun sirri cərrahların təcrübəsinin və ən müasir texniki təchizatın ahəngindədir. Biz hətta digər klinikaların imtina etdiyi qəliz halları öz öhtəmizə götürürük.
 

Plastik cərrahiyə

Foto qalereya