İntravitreal inyeksiyalar
Yaşla bağlı yaş növlü makulyar degenerasiya, şəkərli diabet, retinal damar trombozu və ya bəzi digər göz xəstəlikləri səbəbindən yaranan sarı nöqtənin ödemi (makula) və ya neovaskulyarizasiya olan xəstələrə göz içi inyeksiya tələb oluna bilər.
Göz daxili inyeksiya proseduru zamanı gözə yuxarıdakı dəyişikliklərə səbəb olan maddələrin miqdarını azaldan, ödəm və yeni qan damarlarının yaranmasınının əleyhinə dərman vurulur.
Tətbiq etmənin səbəbləri. Göz içi inyeksiyalar vasitəsilə hansı xəstəliklər müalicə edilə bilər?
Bu dərmanların birbaşa şüşəyəbənzər cisim inyeksiyası göz xəstəliklərinin müalicəsini və görmə qabilliyətin qorumasını mümkün edir.
İntravitreal inyeksionu ən çox aşağıdaki xəstəliklər zamanı edilir:
- YBMD (yaşla bağlı makulyar degenerasiyası) tor qişasının (makula) mərkəzi bölgəsinə təsir edən və mərkəzi görmə qabiliyyətinin itirilməsiylə nəticələnən degenerativ xəstəlikdir.
- Tor qişasının müxtəlif xəstəliklər zamanı (məsələn, yüksək miyopiya, mərkəzi seroz xorioretinopatiya və s.) inkişaf edən neovaskulyar membran.
Makula ödəmi (makula qalınlaşması) səbəblərindən asılı olmayaraq (ən çox yayılanlar aşağıdakılardır):
- Diabetik makula ödəmi;
- Qan damarlarının tıxanması ilə inkişaf edən makula ödəmi;
- Makula kistoid ödəmi;
- Göz içi infeksiyaları (endoftalmit);
- Göz içi iltihabı (uveit).
Dərmanın təsiri qurtardığı zaman makula ödəmi və neovaskulyarizasiyanın yenidən əmələ gəlmə və görmə pisləşməsi səbəbilə tez-tez təkrar ğöz içi inyeksiyasının tətbigi tələb olunur. Ödəmin mövcüdluğu OKT (optik koherent tomoqrafiyası) müayinəsilə izlənilə bilər. Tor qişasının təbəqələri şəkilləndirilir, beləliklə tor qışasının vəziyyətini və ödəmin mövcudluğunu çox dəqiq qiymətləndirməyə imkan verir. Tədqiqin təqribən 5 dəqiqə ərzində aparılır və xəstənin əvvəlcədən hazırlanmasına ehtiyac yoxdur.
Göz daxili inyeksiya proseduru oftalmoloq tərəfindən əməliyyat otağında steril şəraitdə ambulator olaraq aparılır, stasionar müalicə tələb olunmur. Göz bəbəyi 20-30 dəqiqə ərzində təsiri olan müvafiq göz damlalarının köməyi ilə genişlənir. Prosedurun özü ağrısızdır, ağrı kəsici göz damlaları gözləri istifadə olunur.
Göz daxili inyeksiyasından sonra gözün bir qədər qızartı və qıcıqlanması yarana bilər. Bütün bu simptomlar bir neçə gün ərzində keçəcək. Tez-tez qara ləkələr və nöqtələr gözlərin qarşısında görünə bilər. Bu, şüşəyəbənzər cismin buludlanması səbəbindən yaranır və təhlükəli deyil.
- İş saatları:
- B.e — Ş. Saat: 09:00—17:00
- Ünvanımız:
- Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073 - Əlaqə nömrələri:
- *6699