Axtarış

Halazion müalicəsi

Gözdəki halazionun yaranma səbəbləri, simptomları, müalicəsi

Halazion və itdirsəyi göz qapaqlarının qəfil inkişaf edən yerli ödəmi ilə başlayır. Halazion meibomian vəzinin qeyri-infeksion okklyuziyasından, itdirsəyi isə infeksiya səbəbindən yaranır. Hər iki halda əvvəlcə göz qapaqlarında hiperemiya, şişmə və ağrı törədir. Vaxt keçdikcə halazion göz qapağının mərkəzindəki kiçik, ağrısız bir düyünə çevrilir, itdirsəyi isə ağrılı qalır və göz qapağının kənarında yerləşir. Diaqnoz klinik məlumatlar əsasında qoyulur. İlk öncə müalicə isti kompreslərlin istifadəsilə aparılır. Hər iki vəziyyətdə özü sağala bilər, ancaq yonma və ya (halazion üçün) qlükokortikoidlərin mənbəyə yeridilməsi yaxşılaşmanı sürətləndirmək məqsədilə tətbiq oluna bilər.

Halazionun yaranma səbəbləri

Törəmə səbəbləri olduqca çoxdur. Bəzən xəstəliyin müəyyən bir səbəbini müəyyənləşdirmək çətindir. Risk amillərinə rozasea (üz cildinin qızartının müşahidə olunduğu bir patoloji), blefarit (göz qapaqlarının kənarlarının iltihabı) daxildir.Endokrin xəstəliklər (şəkərli diabet) irin iltihabın inkişafına, yerli immunitetin zəifləməsinə, immun çatışmazlığı ilə nəticələnə bilər. Yüksək sıxlıqlı təməl kremi, tez-tez tuş və göz kölgəsinin istifadəsi, A və E vitamini çatışmazlığı, göz qapaqlarının qiqiyenasına əməl etməmə və meibomian vəzilərinin sekresiya tərkibinin individual xüsusiyyətlərinə (məsələn, çox qalın sekresiya) malik olması ─ bütün bunlar iltihab inkişafına səbəb ola bilərlər. 

Prosesin inkişaf mərhələlərini başa düşmək üçün göz qapaqlarının anatomiyasını təhlil edək.

Göz qapaqlarımız müxtəlif funksiyaları yerinə yetirən vəzilərlə zəngindir. Qığırdaq boşqabın qalınlığında bir-birinə paralel meibomian vəzilərin sütunları yerləşir. Göz yaşı və ön buynuz qışasının qoruyucu membrananın bir hissəsi olan lipid sekresiyasını istehsal edirlər. Bununla, göz yaşı qalınlaşır və göz səthini qorumaq və nəmləndirmək funksiyalarını daha yaxşı yerinə yetirir. Meibomian vəzilərinə holokrin tipli sekresiya xarakterlidir. Bu o deməkdir ki, lipidlər göz yaşı üçün ifraz edildikdə vəzin öz hüceyrələri məhv olur.

İfrazat kanalının bu hüceyrələr tərəfindən tıxanması, tozun və ya kosmetik hissəciklərin olması təqdirdə, lipidlər qığırdaq toxumasına daxil olur və xroniki ləng qranulomatoz iltihaba səbəb olur – halazion. Əvvəlcə bir kist meydana gəlir, tədricən yekəlir, sonra sıx bir kapsul əmələ gəlir. Kapsulun üstündəki dəri asanlıqla sürüşür, dərinin rəngi dəyişmir. Zeis piy vəziləri kirpiklərin yanında yerləşir, sekresiya saç folekulun boşluğuna daxil olur. Zeis vəzinin xroniki iltihabı zamanı kənar halazionu adlandırılan iltihab inkişaf edir.

Adətən proses ağrı hissi törətmir, kosmetik qüsurla nəticələnir və böyük olduqda, gözündəki təzyiq səbəbindən görmə qabiliyyətin azalmasına səbəb ola bilər.

Halazion göz qapağının başqa bir dərin iltihaba itdirsəyinə (və ya gordeoluma) bənzəyir. Bu iki prosesi fərqləndirən vacib simptom ağrıdır. Gordeolum olarkən göz qapağı ağrıyır, göz qapaqlarının dərisi dəyişdirilir (qızartı müşahidə olunur). Bu xəstəlik zamanı göz qapağına hər hansı bir fiziki təsir və itdirsəyini sıxmaq cəhdləri son dərəcə təhlükəlidir! Bu, göz qapağına iltihabın yayılmasına və geri dönməz fəsadlara gətirib çəxarda bilər. Buna səbəbdən, özünüzü müalicə etməklə deyil, mümkün qədər tez bir zamanda həkimə müraciət etmək çox vacibdir.

Halazionun müalicəsi necə aparılır?

Parça, isti, quru kompreslərdən istifadə edərək və kəskin dövrdə antibiotiklər / kortikosteroid damcıları və ya məlhəm lokal şəkildə tətbiq edərək öz-özünə bir neçə həftə və ya ay ərzinə çəkilir. Lakin, chalazi halazionun çəkilmədiyi hallarda cərrahi müalicə tövsiyə olunur. Bu lokal anesteziya ilə həyata keçirilir, dəridə və ya konyunktiva tərəfində bir kəsik edilir və ətrafdakı toxumalardan ayrılır, kapsulaya dəymədən törəmə aradan qaldırılır. Kəsik dəri tərəfində edilirsə, tikişlər qoyulur, göz qapağının içindənsə ─ qoyulmur. Əməliyyat günü göz sarğı ilə örtülür və ertəsi gün çıxarıla bilər.

Əməliyyatdan sonra evə qayıdarkən xəstənin özü qapalı bir göz olduğuna görə maşın sürməməlidir. 2 həftəyə qədər davam edə bilən göz qapağında bir qançır meydana gələ bilər. Birinci gün, əməliyyatdan sonra ödəm və qançırları azaltmaq üçün quru soyuq kompresslər etmək tövsiyə olunur. Əməliyyatdan sonra antibiotiklər bir damla və ya məlhəm şəklində yerli olaraq təyin edilir. Bəzi hallarda cərrahi materialın keyfiyyətini təsdiqləmək üçün histoloji olaraq müayinə edilməsi tövsiyə olunur.
 

İş saatları:
B.e — Ş. Saat: 09:00—17:00
Ünvanımız:
Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073
Əlaqə nömrələri:
*6699

Xidmətlərdən istifadə etmək
üçün qeydiyyat forması

Xidmətlər