Axtarış

Travmatologiya

Travmatologiya və ortopediya sümük, əzələ, qığırdaq, vətər, bir sözlə “dayaq-hərəkət sistemi” adlandırdığımız sistemi təşkil edən bütün toxumaların xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğul olan tibb sahəsidir. Bu xəstəliklər anadangəlmə ola bildiyi kimi, sonradan yaranan, yəni qazanılma da ola bilir. Ortopediya bölməsi travma olmadan və ya travmadan illər sonra yaranan xəstəliklərlə, travmatologiya bölməsi isə travma sonrası yaranan sınıq və bağ zədələnmələri kimi xəstəliklərin dianqostika və müalicəsi ilə məşğuldur.

Badam Medical Center-də Travmatologiya və Ortopediya şöbəmizdə aşağıdakı patologiyaların müalicəsi uğurla həyata keçirilir:

  • Sınıqların müalicəsi və izlənməsi
  • Kəskin yumşaq toxuma tarvmaları(vətər qırılmaları, dəri və əzələ toxumas zədələnmələri)
  • İdman zədələnmələri və sınıqlar
  • Qığırdaq zədələnmələri
  • Bağ qırılmaları
  • Artroskopik meniskektomiya
  • Artroskopik menisk bərpası
  • Artroskopik rekonstruksion əməliyyatlar(bağ zədələnmələri)
  • Ayaq və topuq nahiyyəsinin degenerativ xəstəlikləri
  • Çiyin və dirsək oynağının artrozları
  • Təkrarlanan çıxıqlar
  • Gonartroz
  • Koksartroz
  • Yastıpəncəlik
  • Eksternal fiksatorlarla anadangəlmə əlilliklər, qol və ayaq qısalığı
Travmatologiya

Foto qalereya