Qlaukoma geniş yayılan xəstəlikdir və əsasən 40 yaşdan yuxarı olan insanlar bu xəstəlikdən əziyyət çəkir. Lakin bu xəstəlik həm gənc, həm də yeni doğulmuş uşaqlara da təsir edə bilər. Hal hazırda oftalmologiyada qlaukoma zamanı korluğun qarşısını almaq üçün yalnız bir dənə yol məlumdur - vaxtında aşkarlanması və düzgün müalicəsi.
Müasir müalicə metodları sayəsində xəstələrin əksəriyyəti görmə qabiliyyətlərini və ətraf aləmin qavranılmasının sevincini qoruyub saxlaya bilir.
Qlaukomanın meydana gəlməsində irsiyyət vacib bir rol oynanır. Qohumlarınızda qlaukoma varsa, siz xüsusilə ehtiyatlı olmalı və mütəmadi olaraq oftalmoloq tərəfindən müayinə olunmalısınız. Nəzərə alın ki, şəkərli diabet, hipertenziya və aterosklerozdan əziyyət çəkən insanlarda qlaukoma daha çox müşahidə olunur. Buna görə, onlar terapevt və ya endokrinoloqa müntəzəm müraciətlərdən əlavə, ildə ən azı iki dəfə oftalmoloq müayinəsindən keçməlidirlər.
Qlaukoma göz daxili təzyiqinin artması və atrofiyaya çıxardan optik sinir diskin patologiyasının inkişafı ilə xarakterizə olunan təhlükəli xəstəlikdir.
Qlaukomanın müalicəsində məqsəd göz daxili təzyiqi normallaşdırmaq və görmə qabiliyyətinin dönməz itirilməsinin qarşısını almaqdır. Müasir oftalmologiyada bu problemin etibarlı yolları ilə həlli mövcuddur. Ancaq unutmayın ki, xəstəliyə qarşı mübarizədə xəstə və həkimin birgə səyləri vacibdir!
Konservativ (medikamentoz) müalicə
Müalicə göz daxili təzyiqini azaltmağa, gözün toxumalarındaki mübadilə prosesləri normallaşdırmağa, gözün daxili qişasında və optik sinirin göz içi hissəsinəki qan dövranın yaxşılaşdırmağa yönəlmiş birləşmiş təsiri olan ən yeni nəsil antiqlaukoma dərmanlarının ilə aparılır.
"Eksimer" klinikasında anti-qlaukoma müalicəsi üçün dərmanlar seçərkən yalnız görmə sisteminin fərdi xüsusiyyətləri deyil, həm də hər bir xəstənin ümumi səhhəti də nəzərə alınır. Yan təsirləri aradan qaldırmaq üçün mümkün olan bütün əks göstərişlər gözdən keçirilir, həmçinin xəstə hər hansısa əlavə medikamentoz müalicə keçirsə, dərmanların uyğunluğunu da nəzarə almaq zəruridir. Belə bir fərdi yanaşma xəstəliklə mübarizə aparmaq üçün müvafiq üsulunu seçməyə və müalicədən ən müsbət nəticəni əldə etməyə imkan verir.
Qlaukoma və kataraktanın eyni vaxtda müalicəsi
Klinikada əlavə cərrahi əməliyyat tələb etmədən göz sağlamlığını qorumaq və görmə kəskinliyini bərpa etməyə imkan verən katarakta və qlaukomanın eyni vaxtda cərrahi müalicəsi mümkündür!
Katarakta və nəticədə yaranan ikincili qlaukoma birləşməsi halında, Eksimer klinikası süni büllurun, göz içi linzanın implantasiyası ilə kataraktanın ultrasəs fakoemulsifikasiyasını aparır.
Süni büllur gözdəki mayenin axmasına mane olmur, bunun nəticəsində gözdaxili təzyiq normallaşır. Belə bir müdaxilə kataraktanı tamamilə müalicə etməyə və qlaukomanın irəlləyən inkişafını dayandırmağa imkan verir.
Mövcud qlaukoma fonunda katarakta inkişaf edibsə, Eksimer Klinikasında eyni vaxtda iki əməliyyat aparılır: kataraktanın ultrasəs fakoemulsifikasiyası və nüfuz etməyən dərin sklerektomiya (NEDS) - zəruri hallarda xüsusi drenajların istifadəsi ilə qlaukomanın müalicəsi üçün aparılan əməliyyatdır.
NEDS nəticəsində gözdəki mayenin təbii tarazlığı bərpa olunur, göz daxili təzyiq normallaşır. Ultrasonik fakoemulsifikasiya kataraktanı aradan qaldırmağa imkan verir.
Uşaqlarda qlaukoma müalicəsi
Uşaq qlaukoması erkən yaşlarda dönməz korluğun əsas səbəblərindən biri olan nadir göz xəstəliyidir. Yalnız vaxtında başlayan müalicə görmə qabiliyyətini qorumağa kömək edəcəkdir, müalicə üçün ən yaxşı metodlar uşağın görmə sisteminin hərtərəfli müayinəsindən sonra yüksək ixtisaslı mütəxəssis tərəfindən tətbiq oluna bilər.
Göz içi mayesinin xaric olmasının qarşısını almağa yönəlmiş antiglokomatoz əməliyyatlar uşaqlarda qlaukoma müalicəsi üçün radikal və ən effektiv metoddur.
Medikamentoz terapiya xəstəliyin kompleksli müalicəsində mühüm rol oynayır və göz daxili təzyiqi stabilləşdirmək, əməliyyatdan sonrakı sərt çapığın profilakstikası, görmə funksiyaların qorunması və yüksəlməsi üçün dərmanların istifadəsi, desensitizasiya və möhkəmləndirici terapiya daxildir.
Qlaukoma şübhəsi olan və ya qoyulan diaqnozu ilə uşaqların klinik müayinəsi ayda bir dəfə mütləq şəkildə müayinədən keçirilməsini nəzərdə tutur və bu zaman ərzində göz daxili təzyiq, biynuq qişanın diametri, limbin genişliyi və görmə funksiyalarının müəyyənləşdirilməsi ölçülür.
Qlaukomanın kəskin tutması zaman təcili yardım
Qlaukomanın kəskin tutması zamanı müalicənin əsas məqsədi torlu qişanın və optik sinirin qidalanmasını bərpa etmək üçün göz daxili təzyiqini azaltmaq və gözdəki qan dövranını normallaşdırmaqdır.
Risk altında qlaukoma olan insanlardır. Tez-tez stres, bədənin soyuqlaması, həddindən artıq fiziki aktivlik, əyilmiş başla uzun müddət işləmək səbəbiylə qlaukoma tutması baş verə bilər. Qlaukomanın kəskin tutma simptomları baş ağrısı verən və ürək bulanması, qusma, ürək və bradikardiya, ümumi zəiflik ilə müşayiət olunan gözdə kəskin ağrıdan ibarətdir. Bu simptomlar diaqnozun qoyulmasını çətinləşdirir, buna görə xəstəyə bəzən qlaukomanın kəskin tutması zamanı təcili olan oftalmoloji kömək göstərilmir. qlaukomanın kəskin tutması haqqında daha ətraflı məlumat
Göz daxili təzyiqini azaltmaq üçün tədbirlər tutmanın başlanmasından bir neçə saatdan gec olmayaraq görülməlidir, beləliklə geri dönməz görmə itkisinin qarşısını almağa kömək edəcəkdir!
- İş saatları:
- B.e — Ş. Saat: 09:00—17:00
- Ünvanımız:
- Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073 - Əlaqə nömrələri:
- *6699