Axtarış

Göz daxili təzyiqin ölçülməsi

Göz daxili təzyiqin ölçülməsi. Göz daxili təzyiqin təmassız tonometri.

Göz daxili təzyiq göz kameralarındaki mayenin artma və azalma sürətinin fərqini müəyyənləşdirir. Siliar cismin çıxıntısından əmələ gələn mayenin sekresiyası artmanı təmin edir, axın sistemindəki- ön kameranın bucağında olan trabekulyar şəbəkədəki- müqavimət azalmanı tənzimləyir.

Bütün bəşəriyyətdə görmə qabiliyyəti hədsiz dərəcədə zəyifləyir. Oftalmoloq xəstələrin sayı durmadan artır. Xəstəliyin səbəbləri endokrin sistemin patologiyası, dərmanların nəzarətsiz qəbul edilməsi, genetik meyl, zəif qidalanmadır. Bir çox hallarda göz daxili təzyiqin yoxlanılması lazım olur.

Göz daxili təzyiq göz almanın tərkibindəki olan buynuz qişaya və skleraya (gözün xarici örtüyü) təsir edən təzyiqdir. Göz daxili təzyiq toxumalarda maddələrin mikrosirkulyasiyasına kömək edir və gözün optik sisteminin əsas xüsusiyyətlərini təmin edən metabolik proseslərdə iştirak edir. Göz daxili təzyiq cinsdən asılı deyil.

Müxtəlif patologiyalardan şübhələnildikdə göz daxili təzyiqin ölçülməsi müayinənin vacib mərhələsidir. Tədqiq ilkin diaqnoz qoymağa və müalicənin gedişatını izləməyə imkan verir. Məsələn, görmə pozulmasının səbəbi müxtəlif etimologiyası olan uveit və ya tor qişanın laylanması fonunda gözün hipotoniya (aşağı göz daxili təzyiq) ola bilər. Gözün hipertenziyası (yuxarı göz daxili təzyiq) qlaukoma səbəbi ilə yarana bilər.

Göz daxili təzyiqin yoxlanılması niyə lazımdır?

Çox vaxt xəstələr göz təzyiqinin ölçülməsi barədə suala qan təzyiqinin qaydada olduğunu  deyirlər. Bunlar iki fərqli ölçülərdir, göstəriciləri eyni xəstəliklərin əlamətlərini göstərmir. Mütəmadi olaraq yoxlanılan qan təzyiqi infarkt, insult kimi müxtəlif ümumi xəstəliklərdən, göz daxili təzyiqin ölçülməsi isə görmə itkisi də daxil olmaqla geri dönməz nəticələrə səbəb ola biləcək görmə problemlərinin və göz xəstəliklərinin vaxtında aşkarlanmasına və aradan qaldırılmasına imkan verir.

Göz daxili təzyiqin ölçülmə metodları

Göz qapaqları üzərindəki palpasiya təzyiqin ilkin olaraq qiymətləndirilməsini və hazırda normadan əhəmiyyətli dərəcədə yayınma olub olmadığını anlamağa imkan verir. Palpasiya zamanı nəticə gözün bərklik dərəcəsindən asılı olaraq müəyyən edilir.

Daha dəqiq nəticələr cihaz vasitəsiylə əldə olunur. Göz daxili təzyiqi ölçmək üçün təmaslı və təmassız üsuldan istifadə olunan bir neçə tamamilə fərqli tonometrlər mövcuddur. İstənilən tonometriya aparatı buynuz qişanın deformasiyası üçün tətbiq olunan təzyiqi və göz daxili təzyiqin arasındakı əlaqə prinsipindən istifadə edir. Fərq təzyiqin tətbiq üsulları və nəticələrin ölçülməsi metodundan ibarətdir.

Göz daxili təzyiqin ölçülmə üsulları

Təmassız tonometriya hava axınının təsiri altında buyniz qişanın reaksiyasına əsaslanan kompüter müayinəsidir. Bu zaman, buynuz qişanın dəyişmə dərəcəsini və sürəti nəzərə alınır. Təmassız üsul ən ehtiyatlə və ən az zədəlicidir, gözlə birbaşa təmas yoxdur və xəstəyə ağrılı təsir göstərilmir, infeksiya riski yoxdur. Prosedura bir neçə saniyə çəkir, xəstənin əvvəlcədən hazıranması tələb olunmur, xəstədə narahatlıq hissi olmur.

Aplanasiya tonometriyası Amber-Fick qanunu əsasında göz içi təzyiqinin ölçülməsidir. Qanuna əsasən daxili təzyiq xarici qüvvənin və təsir sahənin ölçüsü nisbətinə görə təyin olunur.

İmpresion tonometriyası - buynuz qişanın yuvarlaq ucu olan çubuqla içəriyə basılmasıdır. Əsasən, metod yuxarı göz daxili təzyiqi olduqda və buynuz qişanın səthi əyildiyi zaman böyük sahəni tutmaq mümkün olmadıqda istifadə olunur.

İş saatları:
B.e — Ş. Saat: 09:00—17:00
Ünvanımız:
Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073
Əlaqə nömrələri:
*6699

Xidmətlərdən istifadə etmək
üçün qeydiyyat forması

Xidmətlər