Axtarış

Göz quruluğunun testi

Quru gözlər və ya keratokonjunktivit

Quru göz sindromu gözün səthi (buynuz qişa, konyunktiva və gözyaşardıcı pərdə)  kifayət qədər nəmlənmədikdə meydana gələn yayılan göz xəstəliyidir.  Bunun səbəbi, gözün yaxşı nəmləndirmə və yağlanmasını təmin etmək üçün kifayət qədər gözyaşardıcı istehsal etməməsi və ya gözyaşardıcı mayenin aşağı leyfiyyətinə malik olmasıdır. 

Quru gözlər nədir?

Quru göz xəstədə narahatlığa səbəb olan xroniki sindromdur və daha ağır hallarda ciddi görmə problemləri və göz səthin travmasına gətirib çıxarda bilər. 

Gözyaşı istehsalının az olması və ya keyfiyyətsiz olması yuxarı və aşağı göz qapaqlarında yerləşən meibomian vəzilərinib işləməməsi ilə əlaqədardır.  Bu piy vəziləri göz səthinin nəmləndirmə və yağlama vəzifəsini görür, eyni zamanda gözləri örtən və qoruyan gözyaşardıcı pərdənin pozulmasının qarşısını alan lipidləri ifraz edir.

Quru gözün müalicəsi

Xəstəliyin xroniki olduğuna görə quru gözlərin müalicəsi uzunmüddətli olacaqdır.  Bundan əlavə, müalicə hər bir halın fərdi qiymətləndirilməsindən və xəstənin ümumi vəziyyətinin müayinəsindən sonra təyin ediləcəkdir.

Quru gözləri olan xəstələrə təyin olunan müalicəyə adətən daxildir:

  • Düzgün göz qapağı gigiyenası.  Bu, digər yoluxucu göz xəstəliklərinə (blefarit) səbəb ola biləcək həddindən artıq axıdmanı aradan qaldırır.
  • Süni göz yaşlarından istifadəsi.  Bu cür müalicə, göz səthi nəm saxlamağa kömək edəcəkdir.
  • İltihaba qarşı göz damlalarının və ya antibiotiklərin və kortikosteroidlərin istifadəsi.
  • Göz yaşının olmaması səbəbi ilə qabıq soyulma və bakteriyaların yaranma nəticəsində yığılan qalıqları çıxarmaq üçün göz qapaqların təmizləməsi.
  • Göz yaşı kanalın açılması və içərisində yığılan ifrazatın çıxarıkması məqsədi ilə meibomian vəzilərinin zondlanması
  • Təbii göz yaşının daha uzun müddət qalması üçün göz yaşı kanalları silikon və ya gel qapaqların  kanala daxil edərək tıxanması. 

Quru gözlərin qarşısını almaq üçün tövsiyələr

  • Quru göz sindromuna səbəb olan risk faktorlarının qarşısını almaq və ya azaltmaq üçün edə biləcəyimiz ehtiyat tədbirləri var.
  • Ətraf mühit amillərini nəzərə almaq lazımdır. Kondisioner və qızdırıcıların uzun müddət istifadəsindən çəkinmək lazımdır.  Bundan əlavə, gözləri eynəklə qorumaq, göz yorğunluğunun qarşısını almaq üçün kiçik fasilə etmək, nəmləndirici damcılardan istifadə etmək və s.
  • Gözyaşardıcıların keyfiyyətini yaxşılaşdırmaq üçün omeqa-3 yağ turşuları ilə zəngin sağlam bir pəhriz saxlamaq. 
  • Siqaret çəkmə kimi gözlərə təsir edə biləcək zərərli vərdişlərdən imtina etmək.
  • Göz qırpmağının tezliyinə təsir edən uzun müddətli oxumadan bə ya ekranlardan istifadə etdikdən sonra istirahət edin. 
  • Göz bölgəsinin, xüsusən də göz qapaqlarının yaxşı gigiyenası.
  • Gözlərinizi nəmləndirmək üçün nəmləndirici gellərdən və ya süni göz yaşlarından istifadə edin.

Hər halda, gözlərdə hər hansı bir simptom və ya narahatlıq hiss edirsinizsə, fərdi müalicənin təyin edilməsi üçün oftalmoloqa müraciət etmək həmişə lazımdır.
 

İş saatları:
B.e — Ş. Saat: 09:00—17:00
Ünvanımız:
Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073
Əlaqə nömrələri:
*6699

Xidmətlərdən istifadə etmək
üçün qeydiyyat forması

Xidmətlər