Axtarış

Urologiya

Urologiya sidik sisteminin xəstəliklərini, onların səbəblərini, diaqnostikasını və müalicəsini araşdıran bir elmdir, eyni zamanda araşdırmanın diqqəti həm qadınların, həm də kişilərin sidik sistemi və böyrəküstü vəzilərindəki xəstəliklərə yönəldilmişdir.

Uroloqun qəbulu uroloji xəstəliklərin varlığını vaxtında aşkar etməyə, lazımi müayinələr aparmağa, optimal profilaktika metodlarını və mövcud xəstəliklər üçün ən effektiv müalicəni seçməyə imkan verəcəkdir. Uroloji klinikanın mütəxəssislərinin ixtisas və təcrübəsi yüksək keyfiyyətli konsultasiyanın, ən dəqiq diaqnozların qoyulmasının və ən effektiv prosedurların təyin edilməsinin təminidir.

Bu gün statistika göstərir ki, həm gənc kişilərdə, həm də qadınlarda sidik-cinsiyyət sistemindəki problemlərin qarşısını almağın ən yaxşı yolu zamanında profilaktika edilməsi və təcrübəli bir uroloqa mütəmadi ziyarətidir. Sidik-cinsiyyət sisteminizin tam profilaktik müayinəsi də faydalı olacaqdır.

Kişilər arasında sidik-cinsiyyət sisteminin ən populyar xəstəliklərinin siyahısını təyin etmək olar. Bunlar arasında prostatit, sistit, ereksiya problemləri, uretrit, potensiya problemləri, pielonefrit,  böyrək daşı xəstəliyi və təbii ki, kişi sonsuzluğu ən təhlükəliləridir. 

Urologiyanın tərkibində tibbin andrologiya, onkologiya kimi bölmələri var. Məsələn, andrologiya kişi cinsiyyət orqanlarının diaqnostikası və müalicəsinə əsaslanır, üstəlik kişi cinsiyyət orqanlarının inkişafındakı problemlərin səbəblərini tapır. Bu, həm anadangəlmə patologiyalara, həm də sistit, prostatit və s. kimi xəstəliklərlə bağlıdır.

Badam Medical Center-ın urologiya şöbəsi sidik-cinsiyyət sisteminin xəstəliklərinin müalicəsində köməklik göstərir. Badam Medical Center-ın uroloji şöbəsində uroloji xəstəliklərin müalicəsində əsas istiqamətləri böyrək daşı xəstəliyinin, xoşxassəli prostat hiperplaziyasının, sidik-cinsiyyət sisteminin iltihabi xəstəliklərinin müalicəsidir.

Urologiya şöbəsi sidik-cinsiyyət sisteminin hər hansı bir patologiyası olan bütün pasiyentlərə köməklik göstərir. Müxtəlif yüksək texnoloji əməliyyatlar aparılır. Xəstələrin ağrılarını azaldan və əməliyyatdan sonraki reabilitasiya dövrünü qısaldan müasir texnologiyalardan istifadə edərək daha az travmatik müdaxilələrin tətbiq edilməsinə xüsusi diqqət yetirilir.

Badam Medical Center-ın urologiya şöbəsi xəstələrini yalnız təcili yardımla deyil, həm də sidik-cinsiyyət sisteminin müxtəlif xəstəliklər zamanı müntəzəm müalicə ilə təmin edir. Tibbi xidmətlərin göstərilməsinə hərtərəfli bir yanaşma tətbiq etməklə biz pasiyentlərə ambulator ziyarətlərdən başlayaraq stasionar müalicəsinədək və sonrakı reabilitasiyasınadək tibbi xidmət göstəririk.
 

Urologiya

Foto qalereya