Axtarış

Buynunzlu qişanın topoqrafiyası

Gözün buynuz qişanın topografiyası

Buynuz qişanın topoqrafiyası nədir?

Buynuz qişanın topoqrafiyası (və ya korneotopoqrafiya) səthdəki əyriliyi xəritələşdirilməsi üçün qeyri-invaziv texnikadır. Prosedur zamanı bir sıra konsentrik işıq üzükləri buynuz qişası üzərinə salınır, ortaya çıxan görüntü rəqəmsal kamera ilə oxunur və normadan sapmaları qiymətləndirməyə imkan verən topoqrafik xəritəyə çevrilir. Topoqrafik xəritədə buynuz qişa səthinin (mərkəzdə və periferiyada) refraktiv gücünün paylanması rənglə əks olunur. Buynuz qişa topoqrafiyasındakı fərqli rənglər (buynuz qişa xəritəsi) daha yüksək və ya daha aşağı refraktiv gücə malik olan əraziləri göstərir. Rəng çeşidi həm fərqli gözləri, həm də eyni gözdəki dəyişiklikləri müqayisə etməyə kömək edir.

Müxtəlif əmsallardan istifadə edərək oftalmoloqlar topoqrafıya ilə əldə edilən buynuz qişanın ön səthinin faktiki göstəricilərinin dəyişkənliyini optik xüsusiyyətləri və ola biləcəyi ən yaxşı görmə kəskinliyi ilə əlaqələndirməyə çalışırlar. Bu əmsallar klinik praktikada buynuz qişanın ön səthində dəyişkənliyin yaratdığı görmə pozulmaların riyazi ifadəsi kimi nəzərdən keçirilə bilər. Bunun üçün bir çox indeks var, məsələn, buynuz qişa səthinin müntəzəmliyi indeksi, vahidlik indeksi, proqnozlaşdırılan buynuz qişanın görmə kəskinliyi və nöqtənin səpilmə funksiyası.

Buynuz qişanın topoqrafiyası və ya korneotopoqrafiya buynuz qişanın quruluşunu hərtərəfli öyrənməyə imkan verən analizdir.

Müasir topoqraflar buynuz qişa səthin müayinəsində daha dəqiq nəticələr əldə etmək üçün proyeksiya və elevasiya sistemlərini (Plasido Diskləri) daxil edirlər.

Hal hazırda buynuz qişa topoqrafiyasının əsas funksiyalarından biri kornea ektaziyasının erkən diaqnozu və onun təkamülünü izləməkdir. Ümumilikdə alınan məlumatların təhlili bizə ən düzgün diaqnostik nəticələrə nail olmağa və astiqmatizmin növündən asılı olaraq terapiyanın ən effektiv tətbiqi üçün qərar verməyə imkan verir.

Buynuz qişa topoqrafiyanın refraktiv əməliyyatdan əvvəl, katarakta zamanı, məsələn, implantasiya edilmiş linzanın potensialını hesablanması üçün, həmçinin keratoplastika və buynuz qişa zədələri zamanı aparılması lazımdır.

Mümkün patologiyaların diaqnostik analiz nəticələrinin heç biri qalanlarla birlikdə qiymətləndirilmədən müəyyənləşdirilə bilməz, buna görə ilk növbədə bütün nəticələrin parametrlərini bütövlükdə qiymətləndirmək çox vacibdir.

Müayinəni həyata keçirmək üçün xəstənin heç bir xüsusi hazırlanması tələb olunmur. Müayinə səthi kifayət qədər yaxşı nəmləndirilməlidir. Kontakt linzaları istifadə edən xəstələr son nəticələrin təhrif edilməməsi üçün müayinədən 10-15 gün əvvəl istifadəsini təxirə salmalıdırlar.
 

İş saatları:
B.e — Ş. Saat: 09:00—17:00
Ünvanımız:
Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073
Əlaqə nömrələri:
*6699

Xidmətlərdən istifadə etmək
üçün qeydiyyat forması

Xidmətlər