Otorinolarinqologiya
Otorinolarinqologiya (LOR) aşağıdakı orqanların anatomik və fizioloji xüsusiyyətlərini və xəstəliklərini öyrənən bir tibb sahəsidir: qulaq, boğaz, burun, həmçinin baş və boyun. Otorinolariqologiya bir cərrahi intizamdır.
Otorinolarinqoloq (LOR həkimi) qulaq, boğaz, burun xəstəliklərinin diaqnozu və müalicəsində ixtisaslaşır. Badam Medical Center-daki LOR həkimləri xəstələrə xəstəxanaya yerləşdirilməsini tələb etməyən yuxarı tənəffüs yollarının iltihabi xəstəliklərinin müasir müalicə metodlarından istifadə edərək böyüklər və uşaqlara köməklik göstərirlər. Stasionarda LOR orqanlarının kəskin iltihabi xəstəliklərinin ambulator müalicəsi aparılır: testlərin götürülməsi, tibbi manipulyasiyalar, dərmanların vena daxili tətbiqi, fizioterapevtik müalicə.
Badam Medical Center mütəxəssislərinin ixtisaslaşması böyüklər və uşaqlara hər cür vəziyyətdə - təcili və planlı, kəskin və xroniki, anadangəlmə və qazanılmış, o cümlədən LOR orqanlarının onkoloji xəstəliklərində köməklik etməyə imkan verir. Təcili və təxirəsalınmaz hallarda əməliyyatlar gecə-gündüz həyata keçirilə bilər. Burun və ya qulaqda iltihabla müşayiət olunan LOR orqanlarının yaralanmaları və absesləri, kəskin baş ağrısı, qulaq və burun qanaxmaları, boğulma, ağır öskürəyin davamlı tutmaları, qusma ilə müşayiət olunan başgicəllənmə, LOR orqanlarının iltihabı səbəbiylə yüksək qızdırma təcili xəstəxanaya qaldırılma səbəbləridir .
Ambulator müalicə ilə yanaşı Badam Medical Center radio dalğalı tonzillektomiya, vazotomiya, burun çəpərinin düzəldilməsi, poliplərin çıxarılması və Haymor cibinin punksiyası kimi cərrahi əməliyyatların keçirilməsi üçün bütün lazımi avadanlıqlar mövcuddur.