Axtarış

Bahar xesteliyi

Bahar katarı (bahar konyunktiviti) nədir

Bahar xesteliyi gözün birləşdirici qişasının (konyunktivanın) xroniki xəstəliyidir. Bahar xesteliyi uşaq vaxtında, daha çox da oğlanlarda görülür. Cinsi inkişaf dövründə adətən keçib gedir. Xəstələyin səbəbi məlum deyil. Bahar katarının yaranmasında ola bilər ki, ultrabənövşəyi şüalar, allergiya faktorları rol oynayır. Xəstəlik öz adını prosesin yaranmasının vaxtaşırılığından – yazda və yayda kəskinləşməsindən, payız və qışda sönməsindən götürüb.

Bahar xesteliyi nə yaradır? Bahar katarının yaranma səbəbi indiki halda tam aydınlaşmayıb. Xəstəliyin simptomları özünü əsas da yazda və yayda birüzə verir. Hesab edirlər ki, xəstəlik ultrabənövşəyi şüalara qarşı artmış həssaslıq zamanı onların təsiri nəticəsində yaranır. Bahar xesteliyi əsasən oğlanlarda görülür, 4 yaşında başlayır, yaz-yay dövründə kəskinləşərək bir neçə il davam edir və tətbiq olunan müalicə metodlarından asılı olmayaraq cinsi inkişaf dövründə geriləyir.

Bahar xesteliyi simptomları

Əsas simptomlar göz yaşarması, işıqdan qorxma, yad cisim hissi və yanğı ilə müşayiət olunan gözdə intensiv qaşınmadır, həm də bol selikli sekret və ptoz da görünür.

Bahar xesteliyi gözlərdə cüzi qaşınma ilə başlayır, hansı ki irəliləyərək dözülməz olur. Uşaq daimi olaraq gözlərini əlləri ilə ovuşdurduğu üçün qaşınma daha da artır. Qaşınmanın axşama doğru artması xarakteristikdir. Yuxu pozulur, uşaq qıcıqlanan, sözə baxmayan olur və bu valideynləri psixonevroloqa müraciət etməyə vadar edir. Yuxu dərmanlarının, sakitləşdiricilərinin effektivliyi azdıe, çox vaxt onlar xəstəliyi dərman allergiyası ilə ağırlaşdıraraq xəstəliyin gedişatını pisləşdirirlər.

İş saatları:
B.e — Ş. Saat: 09:00—17:00
Ünvanımız:
Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073
Əlaqə nömrələri:
*6699

Xidmətlərdən istifadə etmək
üçün qeydiyyat forması

Xəstəliklər