Axtarış

Gecə korluğu

Gecə korluğu zəif işıqlandırma və ya tam qaranlıq zamanı ortaya çıxan görmə pisləşməsi ilə özünü göstərən xəstəlikdir. Gecə korluğununun düzgün adı hemeralopiyadır, bundan əlavə olaraq alaqaranlıq görməsi də adlandırırlar. Xəstəlik görmə mexanizminin məkanda işıqlandırma şərtlərinə uyğunlaşmasının pozulması zamanı ortaya çıxır.

Hemeralopiya (gecə korluğunun) yaranmasının səbəbləri

Gecə korluğu yaranma səbəblərindən asılı olaraq 3 növə bölünür: anadangəlmə, simptomatik və esansiyel hemeralopiya.

Ən geniş yayılmış gecə korluğu növü əsasən A vitamin defisitinə bağlı ortaya çıxan esansiyel növdür. Vitamin əksikliyi natamam qidalanma səbəbindən ola bilər. Bədənin həddən artıq zəifləməsi, anemiya, qaraciğər xəstəlikləri, A vitamini antoqonistləri dərmanları ilə medikamentoz müalicə, vitaminlərin təsirini basqılayan böyük miqdarda yağların qəbulu bir çox halda xəstəliyin irəliləməsinə səbəb olur. Anamnezdə keçirilmiş məxmərək, orqanizmə toksik təsirlər, alkoqolizm də gecə korluğunun bu növünə yol aça bilərlər.

Gecə korluğunun simptomları

Pasiyentde narahatlıq yaratmalı olan ilk simptom qaranlıqda görmənin zəiflədiyinə dair hiss olunan xüsusiyyətlərin ortaya çıxması və parlaq işıqlanmada gözlərin qıcıqlanmasıdır. Gecə korluğunun digər simptomu da qaranlıqdan parlaq işıqlı məkana keçdikdə gözlərdə yaranan ləkələr ola bilər. Bir çox halda onların yaranması pasiyentləri qorxudur və təcili olaraq konsultasiya üçün oftalmoloqa müraciət etməyə məcbur edir.

Gecə korluğunda rəngləri ayırma qabiliyyəti də zəifləyə bilər. Əsasən də bu göy rəngi və onun çalarlarını seçərkən özünü göstərir.

Gecə korluğunun diaqnostikası

Xəstəliyin diaqnostikası pasiyentlərin xarakteristik şikayətləri və obyektiv instrumental müayinə üzərində əsaslanır. Torlu qişanın quruluşundaki patologiyaları yoxlamağa imkan verən elektroretinoqrafiya edilməsinə göstəriş olunur.

Gecə korluğunun müalicəsi

Gecə korluğunun anadangəlmə formu vitamin terapiyası və lazımi diyetalarla olan müalicəyə pis reaksiya verir. Bu növ müalicənin tətbiqi xəstənin görmə vəziyyətini bir qədər yaxşılaşdıra bilər, lakin gecə korluğunun simptomları keçməyəcək, yəni xəstə əvvəlki kimi qaranlıqda və ya parlaq işıqdan dikomfort hiss edəcək. Xəstəliyin proqnozu qənaətbəxş deyil.

Gecə korluğunun esansiyel forması balanslaşdırılmış yüksək kalorili qidalanma ilə müalicə olunur.

Orqanizmdə A vitamininin defisitini tamamlamaq üçün mütləq halda yumurta, kərə yağı, süt, pendir yeyilməlidir. Treskanın qaraciyərinin tərkbində bu vitamindən böyük miqdarda var. Qara qarağat, qaragilə, albalı, şaftalı, böyürtkən kimi A vitamini ilə zəngin meyvə və giləmeyvələri il boyu qəbul etmək arzu olunur. Hal-hazırda bu məhsulların ekstraktları tərkibi ilə olan bir çox medikamentoz preparatlar var (BAƏ), onları il boyu istifadə etmək olar.

 

İş saatları:
B.e — Ş. Saat: 09:00—17:00
Ünvanımız:
Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073
Əlaqə nömrələri:
*6699

Xidmətlərdən istifadə etmək
üçün qeydiyyat forması

Xəstəliklər