Şəkərli diabet (ŞD) zamanı fərqli dərəcələrdə gözün bütün strukturaları zərər görür, lakin şəkərli diabetin göz simptomları müxtəlifdir.
Bir şox halda şəkərli diabet xəstələri onlarda uzun müddət görmə zəifliyi ilə meydana gəlməyən ciddi göz problemlərinin olmasından şübhələnmirlər. Çox vaxt məhz həkim-oftalmoloq xəstəliyin ilkin mərhələlərində ortaya çıxan göz simptomları səbəbindən “şəkərli diabet” diaqnozundan şübhələnə bilər.
Qan damarlarının diabetik zədələnməsi bütün orqanizmdə ortaya çıxır və bütün növ maddələr mübadiləsinin pozulması ilə əlaqəlidir. Kiçik ölçüdə qan damarlarının zədələnməsi mikroangiopatiya adlanır. Ona torlu qişanın, böyrəklərin, periferik sinirlərin və baş beynin zədələnməsi aiddir. İri damarların zədələnməsi makroangiopatiya adlanır və özünü iri damarların (serebral, koronar ve periferik arteriya) aterosklerozu ilə birüzə verir.
Çoxsaylı araştırmalarla mikroangiopatiyanın qanda yüksək şəkər səviyyəsi ilə əlaqəsi sübut olunub. Bu ağırlaşmaların yaranma riski qlikemiyanın lazımi kontrol olunmadığı halda əhəmiyyətli dərəcədə artır.
Şəkərli diabet zamanı göz simptomatikası görmə kəskinliyinin azalması, görülən əşyaların əyilməsi (metamorfopsiya) ilə izlənilir.
Dünya standartlarına əsasən diabetik göz zədələnməsinin tam dəyərli diaqnostikası üçün göz bəbəyini maksimal genişləndirərək göz dibinin xüsusi diaqnostik linzalar köməkliyi ilə müayinəsi aparılır. Ehtiyac olduqda torlu qişanın müayinəsi üçün optik koreqent tomoqrafiya (OKT), fluoresent angioqrafiya (FAQ) və angioqrafiya rejimli optik tomoqrafiya (OKTA) tipli əlavə yüksək informativ diaqnostika metodları istifadə oluna bilər.
Diabetik retinopatiya
Diabetik retinopatiya müxtəlif ölkələrdə diabetik xəstələrin proqressiv və geri dönüşsuz görmə zəifliyinin əsas səbəbidir.
Retinopatiya yaranmasının ən vacib risk faktoru şəkərli diabetin davamlılığıdır. Diabet “stajı” nə qədər böyükdürsə göz ağırlaşmalarının irəliləmə ehtimalı bir o qədər də yuksəkdir. Əgər ilkin mərhələlərdə retinopatiyanı qeydə alınıb müalicə olunmasa vaxt keçdikcə bu tam korluğa gətirib çıxaracaqdır.
Birinci tip şəkərli diabet xəstələrində yeniyetmə yaşına çatanadək retinopatiya nadir hallarda yaranır. Birinci tip şəkərli diabetli böyüklərdə də xəstəliyin ilk 5 ili retinopatiya nadir yaranır. Torlu qişanın zədələnmə riski diabet proqressivləşdikcə artır. Qanda şəkər səviyyəsinin intensiv kontrolu bu ağırlaşma riskini xeyli azalda bilər.
İkinci tip şəkərli diabet xəstələri adətən diaqnoz qoyulduqda artıq torlu qişanın ilkin dəyişikliklərinin xüsusiyyətlərinə malikdirlər. Bu halda retinopatiyanın irəliləməsində qanda şəkərin, arteryal qan təzyiqinin, xolesterinin kontrolu və əgər tələb olunarsa zamanında başlanılan lazer ilə müalicə vacib rol oynayır.
- İş saatları:
- B.e — Ş. Saat: 09:00—17:00
- Ünvanımız:
- Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073 - Əlaqə nömrələri:
- *6699