Axtarış

Çəpgözlük

Çəpgözlük gözlərin mövqeyinin pozulmasıdır, düz baxarkən bir gözün ya da bir-bir hər iki gözün sapdırması aşkar olunur. Gözlərin simmetrik bir mövqeyi olanda cisimlərin görüntüləri hər bir gözün mərkəzi sahələrinə düşür. Görmə analizatorunun kortikal hissələrində onların birləşməsi binokulyar təsvirə dönüşür. Çəpgözlükdə birləşmə olmur və mərkəzi sinir sistemi ikili görmədən müdafiə olunmaq üçün çəp gözdən alınan görüntünü ləğv edir. Belə bir vəziyyət uzun müddət mövcud olanda ambliopiya yaranır (görmənin funksional, geri dönüşlü azalması, bu vəziyyətdə iki gözdən biri görmə prosesində demək olar ki (ya da ümumiyyətlə), iştirak etmir). 

Çəpgözlük (yaşından asılı olmayaraq) bir və ya hər iki gözün mərkəzi oxdan sapması ilə xarakterizə olunan bir vəziyyətdir. İnsan tam normal binokulyar görməyə sahib olduqdan sonra çəpgörmədən əziyyət çəkərsə bunun adı “böyüklərin çəpgörməsi” olur. Hansısa mənada 7 yaşından 12 yaşa qədər uşaqlarda yaranan çəpgözlüyü “böyüklərin çəpgörməsi” kimi hesab etmək olar. 

Çəpgözlük yaranma səbəbləri 

Çəpgözlüyün səbəbləri çox müxtəlifdir. Onlar həm doğuşdan, həm də qazanılmış ola bilərlər: 

  • Orta və yüksək dərəcəli ametropiyanın (hipermetropiya, miyopiya, astiqmatizm) olması; 
  • Travmalar; 
  • İfliclər və parezlər; 
  • Okulomotor əzələlərin inkişaf və bağlanma anomaliyaları; 
  • Mərkəzi sinir sisteminin xəstəlikləri; 
  • Stress; 
  • Yoluxucu xəstəlikər (qızılca, skarlatina, difteriya, qrip və s.); 
  • Somatik xəstəlikər; 
  • Psixi travmalar; 
  • Bir gözün görmə kəskinliyinin ani azalması. 

Çəpgözlüyün simptomları 

Çəpgözlük ilə olan insan 

Normalda insanın görməsi binokulyar olmalıdır. Binokulyar görmə hər gözlə alınan görüntünün görmə analizatorunda (beyin qabığında) tək bir obraza birləşməsidir. Binokulyar görmə stereoskopik görmə imkanını verir – dünyanı üçölçülü görməyə, obyektlər arasındakı məsafəni müəyyən etməyə, dünyanın dərinliyini, fizikliyini dərk etməyə imkan verir. Çəpgözlükdə görmə analizatorunda birləşmə baş vermir və mərkəzi sinir sistemi ikili görmədən müdafiə olunmaq üçün çəp gözdən alınan görüntünü ləğv edir.
 

İş saatları:
B.e — Ş. Saat: 09:00—17:00
Ünvanımız:
Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073
Əlaqə nömrələri:
*6699

Xidmətlərdən istifadə etmək
üçün qeydiyyat forması

Xəstəliklər