Göz travmalarının müxtəlif növləri mövcuddur. Onlar məişət, istehsalat, kriminal, kənd təsərrüfatı, uşaq, hərbi növlərdə ola bilər. Həmçinin də kimyavi və ya termik yanıqların nəticəsində yarana bilər. Travmalar ağırlıq dərəcəsinə görə xarici və deşici ola bilərlər. Lakin faktiki olaraq istənilən göz travmasında görmə funksiyasının pisləşməsi müşayiət olunur.
Ən geniş yayılmış növ istehsalat göz travmalarıdır. Onlar göz almasının travmatik zədələnməsinin 70%-ni təşkil edirlər. Çox zaman onları metal emalatı ilə məşğul olan işçilər alırlar.
Statistik məlumatlara əsasən göz yaralanmalarına daha çox kişilər (90%) məruz qalırlar nəinki qadınlar (10%). Bütün yaralanmaların 22%-i on altı yaşına çatmamış uşaqlarda və yeniyetmələrdə görülür. Adətən uşaqlıq travmaları iti və deşici əşyalarla ehtiyyatsız davranış ilə əlaqəlidir.
İstənilən görmə orqanı zədələnməsi, hətta ilk görünüşdə tamamilə zərərsiz və tibbi yardıma ehtiyyac yaratmayan kimi görünsə də, ciddi nəticələrə, hətta görmə funksiyasının tam itkisinə və əlilliyə gətirib çıxara bilər.
Göz travmaları zamanı gözlərin tam bərpa olunmasına qədər görmə korreksiyası üçün oftalmoloqlar eynəkdən istifadə etməyi məsləhət görürlər, çünki linzalar özləri yad cisimdirlər və göz toxumalarının əlavə zədələnməsinə səbəb ola bilərlər.
Görmə funksiyasının itirilməsi dərəcəsindən asılı olaraq göz travmalarının üç ağırlıq dərəcəsi var:
- Yüngül dərəcədə görmə kəskinliyi adətən zərər görmür;
- Orta dərəcəli travmalarda müvəqqəti görmə pisləşməsi müşahidə olunur;
- Ağır travmalar adətən əhəmiyyətli və daimi görmə kəskinliyinin azalması ilə müşayiət olunurlar;
- Xüsusi ağır hallarda tam korluğun yaranması istisna olunmur.
Gözün deşilmiş yaraları
Gözün deşilmiş yaralarında göz qişalarının bütünlüyü pozulur. Bu yaralanmalar yırtılmış, kəsici və ya dəlici ola bilər. Bu zaman ptoz, ekzoftalm, oftalmoplegiya yaranır. Bu ağırlaşmalar gözün və damarların dərin strukturlarının zədələnməsi ilə olan dərin yaraların sübutudur və görmə sinirinin zədələnməsi də istisna olunmur.
Yad cisimlərin gözün içinə girməsi zamanı irinli ağırlaşmalar görülür. Bu zaman ən böyük təhlükəni organik və ya tərkibində toksik komponetlər olan maddələr təşkil edir.
Əgər bu deşici yaralar limb bölgəsinə təsadüf edirsə o zaman yaranın dərinliyindən və ölçüsündən asılı olaraq şüşəyəbənzər cismin düşməsi kimi ciddi bir ağırlaşma görülə bilər.
Büllurun və ya qüzeyli qişanın yaralanması və həmçinin büllur çantasının yarılması zamanı büllurun sürətli bulanması baş verir və onun bütün lifləri şişir. Belə hallarda bir həftə ərzində posttravmatik katarakta yaranır. Gözə düşmüş metal qırıntıları onun toxumalarını özünəməxsus rənglərə boyayır. Yad cismin çevrəsində (əgər o dəmir tərkiblidirsə) buynuzlu qişanın ətrafında ağlı qişa paslı-qonur rəngə, mis tərkiblidirsə sarı və ya yaşıl rəngə boyanır.
Gözün deşici yaralarında ilk yardım
Müalicəni həkim-oftalmoloq aparmalıdır. İlk yardıma səthi yerləşən yad cisimlərin çıxarılması daxildir. Bundan ötrü zərər görən gözlərini təmiz qaynadılmış su ilə yumalıdır. Bundan sonra gözü sarğı ilə bağlayırlar və xəstəni stasionara çatdırırlar. Stasionara çatdıqda yad cismin aşkarlanması və dəqiq lokalizasiyasının təyininə yönəlik müayinə aparılmalıdır. Cərrahi təmizləmə və yad cismin çıxarılmasından sonra antiinflamatuar və antibakterial terapiya aparılmalıdır. Tetanus əleyhinə zərdab yeridilməsi məcburidir.
Ən ciddi ağırlaşma simpatik iltihabdır, o sağlam gözün də itirilməsi ilə nəticələnə bilər. Simpatik iltihab özünü işıqdan qorxma ilə birüzə verir. Daha sonra fibrin toplanması səbəbi ilə qüzeyli qişa ilə büllurun yapışması baş verir, bu da bəbəyin tamamilə bağlanmasına gətirib çıxardır. Bunun fonunda yaranmış ikincil qlaukomaya görə göz tamamilə məhv olur. Sağlam gözdə qlaukoma yaranmasının qarşısını almaq üçün həkimlər yaralanmış gözü çıxarmalı olurlar.
Metal yad cisimlərin göz toxumalarında uzun zaman qalması zamanı sideroz və halkoz xəstəlikləri yaranır, hansılarınki nəticəsində görmə sahəsi daralır.
Deşilməmiş göz yaraları
Bu yaralar buynuzlu qişanın və ya ağlı qişanın bütünluyünün pozulması ilə əlaqəsizdirlər. Adətən onlar gözə iri toz dənələrinin və ya xırda böcəklərin düşdüyü zaman yarana bilərlər. Bu zaman anesteziya altında həkim yad cismi rahatlıqda çıxara bilər. Bundan sonra göz antiseptik məhlul ilə yuyulur. Bir neçə gün ərzində zərər çəkmiş gözünə gündə bir neçə dəfə olmaq şərti ilə antibiotik tərkibli damcılar damcılatmalıdır, gecə isə göz qapağının arxasına antibakterial məlhəm, məsələn, tetrasiklin tətbiq etməlidir.
- İş saatları:
- B.e — Ş. Saat: 09:00—17:00
- Ünvanımız:
- Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073 - Əlaqə nömrələri:
- *6699