Astiqmatizm nədir?
Astiqmatizm kornea (iris və göz bəbəyini örtən şəffaf qübbəli struktur) əyriliyinin və ya göz mərcəyinin formasının defektidir.
Adətən, kornea və göz mərcəyi nizamlı bir formaya sahibdirlər və bütün istiqamətlərdə bərabər əyrilik göstərirlər hansı ki, işığı gözün arxasında yerləşən retinaya düzgün yönəltməyə kömək edir. Ancaq kornea ya da göz mərcəyi hamar və ya nizamlı əyriliyə sahib deyilsə, işıq şüalarının yanlış sınması refraksiya probleminə səbəb olur.
Astiqmatizm gözün sınma gücünün sferikliyini pozan bir xəstəlikdir. Başqa sözlə, səhv fokus meydana gəlir və insan görüntünü təhrif olunmuş və çox bulanıq görür. Bu xəstəliyin bir neçə müalicə metodu mövcuddur. Düzgün diaqnostika problemi müəyyən etməyə, görmə qabiliyyətini bərpa edib qorumağa yardım edəcəkdir. Biz astiqmatizmin nə olduğunu, simptomatikasını və müalicəsini təhlil edəcəyik.
Astiqmatizm: səbəblər, müalicə metodları
Miyopiya və hipermetropiyadan fərqli olaraq obyektə qədər olan aydın bir mənzərə göstərə biləcək məsafəni təyin etmək mümkün deyil. Məsafə bir meridianda işığın sınması üçün uyğun olsa belə, digər meridianda olmayacaq.
Astiqmatizm xəstəliyinə ən çox məruz qalan uşaqlardır. Bəzi insanlar artıq bu patologiya ilə doğulurlar. Amma xəstəliyin mövcudluğunu gözardı edib və patologiyanın normal yaşamağa imkan vermədiyi zaman yetkinlik dövründə astiqmatizmi müalicə edə bilərlər.
Astiqmatizmin bir neçə növü vardır: korneal, lentikulyar, hipermetropik, qarışıq. Onların hər birinin özünəməxsus xüsusiyyətləri və formaları vardır.
Bütün astiqmatizmlara 4 növ məxsusdur:
- Fizioloji;
- Anadangəlmə;
- Patoloji;
- Qazanılmış.
Həkim xəstəni müayinə edir, növünü müəyyənləşdirir və patologiyadan qurtulmaq üşün prosedurlar seçir. Hər yaşda müalicə almaq olar, amma nə qədər tez başlanılırsa, orqanizm o qədər az zərər görəcəkdir.
Astiqmatizm zamanı gözlərlə nə baş verir
Kornea və göz mərcəyi normal vəziyyətdə müəyyən formaya sahibdirlər. Onlar bütün istiqamətlərdə eyni dərəcədə əyri olduqlarına görə göz işığı fokus edə və retinaya yönəldə bilir. Amma astiqmatizmin yarandığı zaman yanlış sınma ilə nəticələnən müəyyən əyrilik ortaya çıxır.
Retina daha məlumat almır, fokus ya retinanın qabağında ya da arxasında yaranır. Buna görə də görüntü bulanıq alınır. Astiqmatizm zamanı gözlərlə nə baş verir? Orqanın işi qeyri-təbiyi olur, yüksək gərginlik əmələ gəlir, yorğunluq yaranır. Zamanla görmə keyfiyyəti xeyli pisləşir, baş ağrıları yaranır. Sağlamlıqla bağlı olan digər problemlər də yaranır, buna görə də göz xəstəliklərini mütləq müalicə etmək lazımdır.
Astiqmatizmin düzəldilməsi
İndiki zamanda astiqmatizmin korreksiyası üçün 3 metod mövcuddur: eynək, kontakt linzalar, eksimer-lazer korreksiyası.
Astiqmatizmin eynəklə korreksiyası
Astiqmatizm zamanı çox vaxt xüsusi silindrik linzalar ilə olan “mürəkkəb” eynəklər təyin edilir. Mütəxəssislər qeyd edirlər ki, “mürəkkəb” eynəklərin yüksək dərəcəli astiqmatizmi olan xəstələr tərəfindən taxılması onlarda baş gicəllənməsi, gözlərdə ağrı, görmə narahatlığı və bu kimi xoşagəlməz simptomlara yol aça bilər. Sadə eynəklərdən fərqli olaraq astiqmatik “mürəkkəb” eynəklərə aid olan reseptlərdə silindr və onun oxunun yerləşməsi haqqında məlumat olur. Eynəyin seçilməsindən əvvəl xəstənin diqqətlə müayinə olunması çox vacibdir. Çünki astiqmatizm diaqnozu qoyulmuş insanın bir neçə dəfə eynəyini dəyişməsi heç də nadir hal deyil.
Astiqmatizmda kontakt linzalar
Astiqmatizmin kontakt linzalar ilə düzəldilməsi haqqında danışanda qeyd etmək vacibdir ki, yaxın vaxtlara qədər astiqmatizmin korreksiyası ancaq sərt kontakt linzalar ilə mümkün idi. Bu cür linzalar nəyinki taxıldığında narahatçılıq yaradırdılar, həm də eyni zamanda korneaya pis təsir göstərirdilər. Lakin tibb sənayəsi günü-gündən yenilənir və inkişaf edir və bu gün astiqmatizmin düzəldilməsi üçün xüsusi torik kontakt linzalar istifadə olunur.
- İş saatları:
- B.e — Ş. Saat: 09:00—17:00
- Ünvanımız:
- Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073 - Əlaqə nömrələri:
- *6699