Yaxından görmə insanın yaxını yaxşı, uzağı isə pis gördüyü görmə defektidir. Bu problemin həlli üçün mənfi işarəli eynək və ya kontakt linzalardan istifadə etmək olar. Defekt ondan ibarətdir ki, refraksiya anomaliyaları səbəbindən şəkil torlu qişada deyil də, onun önündə fokus edilir. Yaxıngörmə ametropiyanın bir növüdür.
Xarici fiziki səbəblər
Ən yayılmış olan səbəb göz almasının uzunluğunun artmasıdır və nəticə olaraq torlu qişa fokal səthin arxasında qalır. Daha nadir bir səbəb isə gözün qırıcı sistemi şüaları lazım olduğundan daha güclü (və nəticə olaraq onlar torlu qişanın üzərində deyil də, onun önündə birləşirlər) fokuslamasıdır. İstənilən halda uzaqlaşdırılmış əşyalara baxdıqda torlu qişa üzərində dəqiq olmayan bulanıq görüntü yaranır.
Göz almasının uzunluğunun artması genetik ola bilər və yeniyetmə yaşda irəliləyə bilər.
Yaxından görmə həm də siliyer əzələnin spazmı (gənc yaşda), keratokonus (buynuzlu qişanın quruluşunun dəyişməsi), travma zamanı büllurun aşağıya doğru yer dəyişməsi (burxulma, çıxıq), büllurun sklerozu (irəli yaşda) zaman görülə bilər.
Yaxından görməyə müşayiət edən faktorlara yaxın məsafədən erkən və intensiv görmə yüklənməsi, kompüter və digər avadanlıqlardan istifadə, yetərsiz fiziki inkişaf, cinsi yetişkinlik zamanı orqanizmdə müşayiət olunan endokrin dəyişikliklər, kalsium, sink, selenyum çatışmamazlıqları, hipovitaminoz, immunitetin zəifləməsi, əlverişsiz ekoloji vəziyyət və yanlış qidalanma və nəfəs alma, birləşdirici toxumanın artmış katabolik prosesləri aiddir.
Oftalmolojik optikaya kiçik bir ekskurs. Gözə düşən işıqların yolunu buynuzlu qişa və büllur həddindən artıq dəyişdirdikdə onlar torlu qişanın önündə fokuslana bilərlər. Oftalmologiyada bu vəziyyət miyopiya və ya yaxından görmə adlandırılır. Bütün optik quruluşlar ideal vəziyyətdə lazımi şəkildə işlədikdə isə görüntü maksimal dərəcədə dəqiq olaraq torlu qişanın üzərində fokuslanır və göz yaxşı görür. Bu vəziyyət emetropiya adlanır. Üçüncü variant isə buynuzlu qişanın və büllurun öz işini həddindən artıq zəif yerinə yetirməsi və işıq şüaları torlu qişa üzərində dəqiq görüntüyə toplana bilməməsidir. Bu hipermetropiya və ya uzaq görmədir.
Artıq siz miyopiya zamanı insanın nəyə görə pis gördüyünü anlayırsız: optik güclərin və göz alması ölçüsünün bir-birilərinə uyğun olmaması, nə zaman ki işıq şüaları torlu qişaya çatmamış görüntü formalaşdırırlar. Və onlar torlu qişaya çatsalar belə görüntü artıq bulanıq olur.
Təəssüf ki, miyopiyanın yaranma səbəbini indiyə qədər heç kim tapa bilməyib. Ola bilsin ki, problem bir faktorla məhdudlaşmır, əksinə ilk görünüşdə bir-biri ilə əlaqəsiz görülən bir çox fərqli faktoru özündə cəmləşdirir. Belə hesab olunur ki, artmış görmə yüklənmələri, təmiz havada az zaman keçirmə, valideynlərdə yaxından görmənin olması bu patologiyanın uşaqda əmələ gəlməsinə yol açır.
Adətən miyopiyanın irəliləməsi həyatın ilk iki dekadasında baş verir. Bu, gözün əsas böyüməsinin məhz bu yaşda baş verməsi ilə əlaqəlidir. Gözün böyüməsinin qarşısının alınmasının hal-hazırda işə yarayan bir üsulu yoxdur.
Yaxından görmə (miyopiyanın) müalicəsi
Buna baxmayaraq miyopiyanın müalicəsində hər şey o qədər də ümidsiz deyil. Onu aradan qaldırmanın bir neçə yolu var. Onları müvəqqəti və daimi olaraq qruplara ayıra bilərik. Birinciyə eynəklər və müxtəlif növdə olan kontakt linzalar aiddir. Onlar gözün anatomiyasını dəyişdirmədən görməni yaxşılaşdırırlar. Bu eynək və ya kontak linzanın gözə düşən işıq şüalarının yoluna əlavə optik effekt sayəsində mümkündür. Beləliklə, dəqiqliyə görə ən yaxşı görüntü lazımi yerdə, yəni torlu qişanın üzərində fokuslanır. Lakin bu effekt müvəqqətidir, çünki eynəkləri və ya kontak linzaları çıxardıqda sizin zəif görməniz geri qayıdır.
Lazer korreksiyası və ya bülluru intraokulyar linza ilə əvəz etmək miyopiyanın daimi korreksiya növüdür. Bunların həyata keçirilməsindən sonra eynək və ya linzanın taxılmasına ehtiyyac yoxdur, görmə isə mümkün olan ən yüksək dəyərə qədər bərpa olunur. Adətən bu müdaxilələrdən sonra effekt ömür boyu davam edir.
- İş saatları:
- B.e — Ş. Saat: 09:00—17:00
- Ünvanımız:
- Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073 - Əlaqə nömrələri:
- *6699