Daltonizm (rəng korluğu) – insan və primatların irsi, nadirən qazanılmış, bütün və ya bəzi rəngləri görmə və ya fərqləndirmədə azalmış ya da tam qabiliyyətsizlik ilə ifadə edilən görmə xüsusiyyətidir. 1794-cü ildə öz hiss etdiklərinin əsasında ilk dəfə rəng korluğunun bir növünü təsvir edən Con Daltona görə adlandırılıb.
Daltonizmdən əziyyət çəkənlər üçün yetişmiş meyvələrin, paltarların seçimi və işıqforun siqnallarını ayırd etmək kimi asan işlər çətin ola bilər. Buna baxmayaraq daltoniklərin problemləri adətən böyük deyildir və insanların əksəriyyəti hesab edir ki, onlar adaptasiya oluna bilərlər. Tam rəng korluğu (axromotopsiya) olan insanlarda görmə kəskinliyinin azalması ola bilər və həddindən artıq işıqlı yerlərdə özlərini narahat hiss edə bilirlər.
Daltonizmin ən geniş yayıldığı səbəbi gözdə 3 rəng kolbacıq hüceyrə dəstindən biri və ya bir neçəsinin inkişafının irsi problemidir. Kişilər daltonizmdən qadınlardan daha çox əziyyət çəkir, çünki daltonizmin yayılmış formalarından cavabdeh olan genlər X-xromosunda yerləşirlər. Qadınlarda iki X-xromosomu olduğundan birində qüsur olanda digəri tərəfindən kompensasiya olunur, kişilərdə isə yalnız bir X-xromosomu var. Daltonizm gözün, optik sinirin ya da beyin bölgəsinin fiziki və ya kimyəvi zədələnməsinin də nəticəsi ola bilər. Diaqnoz adətən İsixar rəng testi ilə qoyulur. Lakin, genetik testləmə daxil olmaqla, bir sıra digər tədqiqat metodları da mövcuddur. Daltonizmin müalicəsi yoxdur. Diaqnoz müəllimə öyrətmə üsullarının dəyiştirilməsinə icazə verə bilər ki, o, rənglərin tanıma qabiliyyətinin azalmasına yol açsın.
Xüsusi linzalar parlaq işıqda qırmızı-yaşıl rəng korluğu olan insanlara kömək edə bilər. Hətta insanlara rəngi müəyyənlişdirməyə kömək edən mobil əlavələr də mövcuddur. Göy-sarı və tam daltonizm ilə müşayiət edilən qırmızı-yaşıl daltonizm ən geniş yayılan formudur. Şimali Avropa mənşəli kişilərin 8%-i, qadınların ise 0.5%-i qırmızı-yaşıl rəng korluğundan əziyyət çəkir. Rəng görmə qabiliyyəti qocalıqda da azalır. Rəng korluğu səbəbindən bəzi ölkələrdə insanların pilot, qatar, kran maşını sürücüsü və silahlı qüvvələrdə xidmət etmək kimi müəyyən bir iş hüququ olmaya bilər. Lakin rəng korluğunun rəssamlıq qabiliyyətlərinə təsiri mübahisəlidir. Yəqin ki, rəssamlıq qabiliyyəti dəyişməzdir və güman edilir ki, bir çox məşhur rəssamlar daltonik olublar.
Daltonizmin hansı növləri var?
Ən populyar və eyni zamanda asan pozuntu növü budur: insan spektorun bütün rənglərini görür, ancaq çalarları qarışdırır. Bəzən spektorun qırmızı və yaşıl hissələrindən cavabdeh olan kolbacıq hüceyrələri ilə problemlər yaşanır. Daha nadir patologiyalar var, hansında ki, göy və sarı rənglərinin çalarları ilə problemlər yaranır. Və rəng korluğunun başqa bir növü var – ən nadir və ən xoşagəlməz: tam rəng korluğu. Oliver Saksın bu problem ilə bir çox insanın yaşadığı ada haqqında çox maraqlı bir kitabı var.
Rəng korluğu müalicə olunurmu?
Xeyr, müalicə olunmur. Ancaq rəng görməni tənzimləmək üçün yollar var, məsələn, xüsusi eynəklər. Bu sahədə ən məşhur şirkət “EnChroma”-dır. Onlar öz tədqiqatlarına cərrahlar üçün xüsusi vizorlar ilə başlamışdırlar. Bu cərrahlara qanı ətdən daha yaxşı ayırmağa kömək etməli idi. Hər bir növ üçün öz modeli var. İş prinsipi təxminən belədir: linzalar yalnız əsas rəngləri buraxırlar (qırmızı, yaşıl, göy) və onların qavrayışlarını gücləndirirlər. İnsan sadəcə spektorun əsas rəngləri ayırmasına mane olan hissəsində görmür.
- İş saatları:
- B.e — Ş. Saat: 09:00—17:00
- Ünvanımız:
- Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073 - Əlaqə nömrələri:
- *6699