Dakriosistit göz yaşı kisəsinin iltihabıdır, bəzi hallarda isə absesə qədər ağırlaşa bilər. Adətən göz yaşı kanalının tutulması nəticəsində buna tez-tez stafilokok və streptokok patogenləri səbəb olur.
Ağrı, qızartı və göz yaşı kisəsinin ətrafında ödəm kəskin dakriosistitin simptomlarıdır. Diaqnozu simptomlar və əlamətlər əsasında qoyurlar, o cümlədən göz yaşı bölgəsinə basanda lakrimal nöqtədən irinli axıntıların reflyuksu əsasında da. İlkin müalicə isti kompreslərdən, həmçinin də antibiotiklərin (yüngül hallarda ağızdan, çətin hallarda ise venadaxili) qəbulundan ibarətdir. Adətən antibiotik terapiyası üçün I nəsil sefalosporin və ya penesilinazaya dayanıqlı sintetik penisilin seçilir. Əgər onlar effektiv olmurlarsa metisilinə davamlı Staphylococcus aureus-dan (MRSA) şübhələnməliyik və müalicə sxemini dəyişməliyik. Əgər seçilmiş dərman effektiv deyilsə kulturanın təqiqatı nəticəsində abses drenajı və antibiotiklərin dəyişdirilməsi edilə bilinər.
Xroniki dakriosistit olan insanlarda adətən xroniki konyuktivit və göz qapaqlarının medial yapışmasının altında törəmə vardır. Tamamlanan kəskin dakriosistitin və xroniki konyuktivitin tam müalicəsi göz yaşı kisəsi və burun boşluğu arasında əlavə yol yaradan əməliyyatdır (dakriosistorinostomiya, DSR).
Diaqnostika
Tam oftalmojik müayinə lazımdır və mümkündürsə patogenin növünü təyin etmək üçün göz yaşı kanalından alınan bakterioloji əkmə. Simptomların və xəstəliyin müddətinin əsasında müvafiq müalicə təyin edilir.
Müalicə
Sistemik antibiotiklər
Antibiotiklərlə müalicə klinik cavab və bakterioloji əkmənin nəticələrinə uyğun olaraq tənzimlənir:
- Antibiotiklər ilə göz damcıları;
- İsti kompreslər və göz qapağının daxili kənarının yumşaq masajı;
- Ağrıkəsicilər (lazım olduqca);
- Absesin dəyərləndirilməsi üçün kəsim və drenaj, hansını ki hər zaman mütəxəssis etməlidir.
Kəskin proses azaldıqca cərrahi yol haqqında fikirləşmək olar, əsasən də xroniki dakriosistit hallarında. Xroniki hallarda bu müalicənin yeganə yoludur və əgər o müalicə olunmasa infeksiya epizodları təkrarlana bilər.
- İş saatları:
- B.e — Ş. Saat: 09:00—17:00
- Ünvanımız:
- Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073 - Əlaqə nömrələri:
- *6699