“Göz quruluğu” və ya “göz quruluğu sindromu” göz yaşının ifrazının azalması və ya göz yaşının buxarlanmasının artması səbəbi ilə ortaya çıxan göz quruluğu ilə nəticələn göz xəstəliyidir. Göz yaşları göz sağlamlığının dəstəklənməsi və görmə dəqiqliyinin təmini üçün vacibdir. “Göz quruluğu” sindromlu insanlarda ya yetərsiz göz yaşı ifraz olunur ya da göz yaşının xüsusiyyəti və nəticə olaraq keyfiyyəti pozulur. “Göz quruluğu” əsasən də 40 yaşından böyük insanlarda və ofis işçilərində geniş yayılmış bir problemdir.
“Göz quruluğu” lazımi miqdarda göz yaşının ifraz oluna bilmədiyi və ya gözün nəmli qalmasını dəstəkləməyəcəyi qədər aşağı keyfiyyətdə olduğu zaman ortaya çıxan geniş yayılmış xəstəlikdir.
Risk faktorları
Gözlərin quruluğu çox vaxt əsasən menopauzadan sonra qadınlarda və ya hava çirkliliyi yüksək səviyyədə olan böyük şəhərlərdə yaşayan insanlarda görülsə də hər kəsdə yarana bilər. Bəzi araşdırmalar həmçinin göstərir ki, nə qədər dəniz səviyyəsindən yüksəklikdirsə, o qədər xəstəlik daha çox yayılıbdır.
“Göz quruluğu” ilə mübarizədə məsləhətlər
Göz quruluğu ilə gündəlik yaşamaq böyük narahatçılıqlara gətirib çıxara bilər və onun önlənilməsi üçün bir sıra ölçülər mövcuddur, hansılar ki “göz quruluğu” sindromunun bəzi simptomlarını yüngülləşdirməyə köməklik edə bilərlər:
- Həkimin resepti olmadan da aptekdən əldə edə biləcəyiniz nəmləndirici damcılardan istifadə etmək. Adətən onları lazım olduqca damlatmaq məsləhət görülür (hərçənd ki, hər növ damcıları istifadə etməzdən əvvəl istifadə göstərişlərini oxumaq lazımdır). Buna baxmayaraq damcıları hər iki saatda bir dəfədən daha çox istifadə etməyə ehtiyyac varsa konservantsız göz damcılarından istifadə daha üstün tutulur.
- Konsistensiyalarına görə damcılardan daha qatı olan gellərdən istifadə etmək. Bu gellərdən istifadə olunması görməni bir qədər çətinləşdirə bilər, buna görə də onları yatmazdan əvvəl istifadə etmək məsləhət görülür.
- Təbii ətraf mühitdən, küləkdən və ventilyator yaxud saçqurudan bənzəri avadanlıqlardan əmələ gələn hava hərəkətindən özünüzü gözləyin, çünki onlar göz quruluğuna səbəb ola bilərlər. Əgər xarici faktorlardan (külək) uzaq dura bilməyəcəksizinsə gözləri qorumaq üçün günəşdən qoruyan eynəklərdən istifadə etmək lazımdır.
- Hava nəmləndiricilərindən istifadə edin. Kondisionerlər və isitmə sistemləri otaqlardakı havanı qurudurlar, bu səbəbdən ətraf mühitin nəmini arttıra və simptomları yüngülləşdirə bilən hava nəmləndiricilərindən istifadə etmək məsləhət görülür.
- Gözlərinizə istirahət vermək. Əgər siz televizor izləyirsinizsə və ya kitab oxuyursunuzsa göz quruluğu simptomları kəskinləşir. Bu səbəbdən gözləri dinləndirmək üçün kiçik fasilələr etməli və itirilmiş nəmi bərpa etmək üçün tez-tez göz qırpmalısınız.
- Tütün dumanından uzaq durun. Tütündən uzaq durmanın hədsiz dərəcədə səbəbləri var və onlardan biri də qıcıqlanma və göz quruluğunun təhrik edilməsidir və əslində bu da simptomunun yaranmasını arttıra bilən faktorlardan biridir.
- Gözlərə isti kompreslərin tədbiq olunması və göz yaşının keyfiyyətini arttırmaq üçün göz qapaqlarında yığılan yağları yumağa köməklik edən xüsusi sabunla göz qapaqlarının ehmalca təmizlənməsi lazımdır.
- Rasionunuza omeqa-3 tərkibli yağ turşularını əlavə edin. Bir çox halda bu göz quruluğu simptomlarını azaltmağa köməklik edəcək. Bu komponenti təbii yollarla yağlı balıqdan (qızılbalıq, sardina, ançous) və kətan toxumlarından əldə edə bilərsiz. Sizə omeqa-3 əlavəsinin məqsədə uyğun olub olmamağı barədə və hansı formada və hansı dozda istifadə olunması barədə məlumat almaq üçün göz həkiminə müraciət edin.
- Göz quruluğu xroniki xəstəlik olduğu üçün onu necə nəzarətdə saxlamağı bilmək simptomları yüngülləşdirə bilər. Əgər göz quruluğu sizə külli miqdarda narahatçılıq verirsə sizə ən uyğun müalicə üsulunu tapmaq ücün oftalmoloqa müraciət etməyi məsləhət görürük.
- İş saatları:
- B.e — Ş. Saat: 09:00—17:00
- Ünvanımız:
- Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073 - Əlaqə nömrələri:
- *6699