Bariz simptomlar ilə olan göz xəstəlikləri zamanı iltihablı proseslər yönündə yoxlama və diaqnostika aparılır. Uveit damarlı qişanın hər hansı bir yerində iltihab olan zaman qoyulan diaqnozdur:
- Qüzeyli qişada;
- Xorioideyada;
- Siliyer cisimdə.
Qıcıqlanma və qızartı, ciddi ağrılar, işığa baxanda xoşagəlməz hisslər (fotohəssaslıq), gözlərin önündə ləkələr, lakrimasiya və görmə aydınlığınının itməsi uveitin əsas simptomlarındandır. Hər hansısa bir narahat edici simptom ya da qeyri-adi hissin olmağı oftalmoloqa mümkün qədər tez müraciət etmək üçün əsaslı bir səbəbdir.
Etiologiya və xəstəliyin ilərləməsi
İltihabı təhrik etməyə qadir olan hər hansı bir mikroorqanizm uveitə səbəb ola bilər. Buna rəğmən onların rolu əsas deyil, onlar təxribatçı rolunu oynayırlar. Əsas səbəblər: ciddi xəstəliklərin fonunda immunitetin aşağı düşməsi və orqanizmin meyilliyi.
Oftalmoloqa müraciət edən insanların xəstəliklərinin müxtəlifliyi 30 ilə 60% arası dəyişir. İlərləmiş formalarda və vaxtında olunmayan müalicələr zamanı xəstəlik qismən ya da tam görmə itməsinə gəlib çıxara bilər, bu da 25-30% hallarda baş verir.
Gözün uveal traktı ön və arxa bölmələrin qanlaması, olduqca yavaş qan axını ilə geniş damar şaxələnməsi ilə xarakterizə olunur. Mikroorqanizmlər belə bir quruluşun xüsusiyyətlərinə görə damarlı qişada qala bilər və iltihabı təhrik edə bilərlər.
Xəstəliyin təsnifatı
İltihabın yerləşməsindən asılı olaraq bir neçə forması vardır:
- Ön uveit: ən geniş yayılmış formasıdır, siliyer cisim, qüzeyli qişa iltihaba meyillidirlər. Diaqnozlar: irit, iridosiklit, ön siklit.
- Orta uveit: torlu qişa, xorioideya, siliyer ve ya şüşəyəbənzər cisim. Diaqnozlar: pars-planit, arxa siklit, periferik uveit.
- Arxa uveit: optik sinir, torlu qişa, xorioideya. Diaqnozlar: retinit, xorioidit, xorioretinit, neyrouveit.
- Xəstəliyin geniş formasında eyni zamanda damarlı qişanın bütün bölgələrinin zərər görməsi qeyd olunur.
- Uveit fərqli şəkillərdə özünü göstərir: irinli, hemorrajik, fibrino-laminar və ya seroz təbiətli iltihab prosesi.
- Xəstəliyin etiologiyası 4 formanı nəzərdə tutur: birincil, ikincil, ekzogen və endogen uveit.
Xəstəliyin klinik gediş tipləri:
- Kəskin uveit;
- Xroniki uveit;
- Xroniki təkrarlanan uveit.
Həmçinin morfoloji mənzərəyə görə qranulomatoz və qeyri-qranulomatoz növlərə fərqləndirilir.
- İş saatları:
- B.e — Ş. Saat: 09:00—17:00
- Ünvanımız:
- Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073 - Əlaqə nömrələri:
- *6699