Neyrooftalmologiya adətən özünü görmə sistemində birüzə verən ümumi qəliz sistemik xəstəliklərdə nevrologiyanı və oftalmologiyanı birləşdirən dar ixtisaslı akademik oriyentirli bir tibb kateqoriyasıdır. Neyrooftalmoloqlar ilk öncə nevrologiya və oftalmologiya nahiyəsini tam müayinə edirlər, sonra isə müayinəni əlavə nahiyələrdə davam etdirirlər. Diaqnostik müayinələr əhəmiyyətli neyrooftalmolojik xəstəliklərə sahib pasiyentlərdə normal ola bilər. Ətraflı xəstəlik tarixçəsi və fiziki müayinə məcburidir və neyrooftalmoloqlar pasiyentlərlə digər ixtisasların mütəxəssilərindən daha çox vaxt keçirirlər.
Neyrooftalmologiyanın ümümi patologiyalarına görmə sisteminin afferent (məsələn, görmə sinirinin nevriti, optik neyropatiya, görmə siniri diskindən ödəmi, baş beynin şiş xəstəliyi və ya insult) və efferent (məsələn, anizokoriya, diplopiya, oftalmoplegiya, ptoz, nistaqm, blefarospazm və hemifasial spazm) pozğunluqları aiddir.
Simptomlar və narahatçılıq siqnalları
Görmənin itməsi
Görmə siniri diskdən və ya çıxıntılardan başlayaraq və beyin qabığı ilə birləşdirən kanallarla sonlanaraq sinir sütununun istənilən yerində zədələnə bilər. Travmanın harada yerləşdiyi və nəyin ona səbəb olduğunu necə təyin etməli?
Retrobulbar nevrit və ya görmə sinirinin nevriti
Sinirinin demiyelinizasiyası səbəbindən qəfil görmə itməsini izah edən termindir. Çox zaman görmə sinirinin nevriti dağınıq sklerozu müşayiət edir. Pasiyetlər kəskin, çox zaman bir tərəfli (unilateral) görmə zəifləməsini hiss edirlər. İlkin müayinə zamanı, papillitin xarici görünüşü görmə sinirinin ödəmini xatırladan hallar istisna olmaqla, göz dibinin müayinəsinin nəticəsi normal olacaqdır. Bir çox halda görmə bir neçə həftəyə bərpa olunur, hərçənd damar daxili kortikosteroidlərdən istifadə bərpanı sürətləndirir.
Optik neyropatik işemiya
Sinir diskinin infarktı səbəbindən yaranır. Adətən 50 yaşından yuxarı anamnezində şəkərli diabet və ya hipertoniya ilə damar xəstəlikləri olan insanlarda görülür. Aşkar birtərəfli (unilateral) görmə funksiyalarının zədələnməsinə gətirib çıxır. Göz dibinin müayinəsi zamanı görmə sinirinin ödəmli (əvvəllər ödəm solğundur) olduğu görülür. Nadir deyil ki, eyniylə bu hal digər (kontrlateral) gözdə də baş verə bilər.
Görmə siniri diskinin infarktı adətən 70 yaşından böyük insanlarda görülən gicgah arteriitində də yarana bilər. Təhlükə zamanı dərhal yüksək dozalarda kortikosteroidlər ilə müalicəyə başlamaq lazımdır. Diaqnozu təsdiqləmək üçün gicgah arteriyanın biopsyası edilir.
Optik neyropatiyanın differensial diaqnostikasında toksiki qida optik neyropatiyasını və Leberin görmə sinirinin irsi atrofiyasını nəzərə almaq lazımdır.
Müvəqqəti korluq
Bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən müvəqqəti monokulyar korluq epizodları yuxu arteriyası səviyyəsində yaranan aterosklerozun nəticəsində əmələ gələn tranzitor işemik həmlə barədə məlumat verir.
Auralı miqren
Miqren tutmaları zamanı görmə pozğunluğu çox müxtəlifdir: klassik titrək skotomadan ilə başlayıb və obyektlərin qavranılması pozğunluqlarına qədər. Bəzi hallarda tam korluq epizodları ənsə qabığındakı anomaliyalara ikincil olaraq ortaya çıxırlar. İstisna hallarda retinal miqren görmə sinirinin və ya torlu qişanın qanlanmasının pozulması ilə olan görmə pozğunluğuna görə yarana bilər
- İş saatları:
- B.e — Ş. Saat: 09:00—17:00
- Ünvanımız:
- Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073 - Əlaqə nömrələri:
- *6699