Axtarış

Blefarit

Blefarit göz qapaqlarının kənarının həm kəskin, həm də xroniki ola biləcəyi iltihabıdır. Simptomlara göz qapaqlarının sahəsinin qızartısı və şişkinliyi ilə birlikdə görünən qaşıntı və yanma hissi daxildir. Diaqnostikaya anamnezin toplanması və müayinə aiddir. Kəskin xoralı blefarit zamanı adətən yerli antibiotikllər və ya sistemik antiviral dərmanlar tədbiq olunur. Kəskin xorasız blefarit zamanı yerli qlükokortikoid təyin edilə bilər. Xroniki xəstəlikləri süni göz yaşı əvəz ediciləri, isti kompreslər və meybomiy vəzilərinin disfunksiyası zamanı oral antibiotiklər ilə (məsələn, tetrasiklin) müalicə etmək tələb olunur və seboreyalı blefarit zamanı göz qapaqlarının gigiyenasına əməl etmək və süni göz yaşı əvəz edicisindən istifadə etmək məsləhət olunur.

Blefaritin yaranma səbəbləri

Nəyə görə bu iltihab yaranır? Çox vaxt bu yaşlanmanın, xəstədə mədə-bağırsaq traktının xroniki xəstəliklərinin, seboreik dermatitin, rozaseanın, şəkərli diabetin, Şögren sindromunun, revmatoid artritin, sədəf xəstəliyinin, atopik dermatitin, çəhrayı rəngli sızanaqların və hormonal dəyişikliklərinin nəticəsidir. Retinol turşusu dərmanlarının sistemik qəbulu (akne müalicəsi zamanı), qadınlar tərəfindən menopauza zamanı istifadə olunan hormonal əvəzedici terapiya, antihistaminik dərmanlar, antidepresanlar da blefaritin yaranmasına yol aça bilir. Yerli immunitetin pozulması, immundefisit halların olması və tez-tez kosmetikadan istifadə (əsasən də yüksək sıxlıqda tonal kremlərdən) bu patologiyanı təhrik edən faktorlardır.

Həmçinin xarici nəşrlərə görə iltihabın sıx səbəblərindən biri korreksiya olmamış və ya yanlış korreksiya olunmuş refraksiya anomaliyalarıdır (yaxın görmə, astiqmatizm, nadirən uzaq görmə). Bu səbəbdən gözün korreksiyası zamanı kliniki standartlara uyğun eynək təyin edən savadlı mütəxəssiы tapmaq çox önəmlidir.

Blefaritin simptomları

Göz qapaqlarının kənarlarının və gözün özünün qızarması, fərqli dərəcədə qaşıntı yanma hissi, göz yaşı axması, gözdə yad cism hissi, gözlərin artmış yorğunluğu blefaritin ən sıx simptomlarıdır.  Uzun müddətdə xəstəlik göz qapaqlarının kənarlarının yaralanmasını, göz qapaqlarının formasının dəyişikliyini, kipriklərin tökülməsini və yanlış istiqamətdə böyümələrini, buynuzlu qişanın iltihabını törədir. Bunların hamısı görmənin kifayət qədər və geri dönüşsüz zəifləməsinə gətirib çıxara bilər. Məhz buna görə də zamanında həkim-oftalmoloqa müraciət etmək lazımdır, çünki vaxtında başlanılan müalicə sürətli sağalmanı təmin edir. Əks halda proses xroniki formaya keçəcək və müalicə aylar, hətta illər sürəcək.

Blefaritlərin müalicəsi

Blefaritin etiologiyası və kliniki formaları yetərli dərəcədə fərqlənsə də müalicə metodları bir çox halda üst-üstə düşür.

İlk öncə xəstəliyin səbəblərini ortadan qaldırmaq lazımdır. Refraksiya anomaliyalarının korreksiyası aparılır, xoşagəlməz faktorlar (toz, kimyavi maddələrin buxarları, infeksion iltihab ocaqları) ortadan qaldırılır.

Qeyri-dərman terapiyası. Ən vacib və tez-tez istifadə olunan metodlardan biri göz qapaqlarının düzgün gigiyenasıdır.

Göz qapaqlarının gigiyenası vəzilərin normal və düzgün işini təmin edir, göz qapaqlarının dərisində mübadilə proseslərini sürətləndirir və stabil göz yaşı pərdəsinin formalaşmasına imkan yaradır. Göz qapaqlarının, əsasən də kənar hissəsinin, ətraf mühitin neqativ faktorlarının təsirindən, müxtəlif parazitlərdən və infeksiyalardan qorunması blefaritin profilaktikasının və müalicəsinin əsasıdır.

Göz qapaqlarının bütün gigiyenasını iki hissəyə bölmək olar:

  1. Göz qapaqlarına isti kompresin tədbiq olunması;
  2. Göz qapaqlarının masajı.

İsti kompres maddələr mübadiləsi prosesini tənzimləyir, vəzilərin kanallarında lipid sekretinin toplanmasına icazə vermir və bunun sayəsində kanalların tutulmasının profilaktikası baş verir, nəticədə vəzilərin daxilində iltihabın törəməsi istisna olunur.

Kompres tədbiq edildikdə əvvəlcədən qaynar suda isladılmış və nəm hal alana qədər sıxılmış kosmetik pambıq disklərindən istifadə olunması məsləhət görülür. Disklər qapalı gözlərə 1-2 dəqiqəlik qoyulur.

Sekret maye halını aldıqda göz qapaqlarının ehmal masajı həyata keçirilir. Bu artıq qalan sekreti göz boşluğuna yeritməyə, qan və limfa dövranını stimulyasiya etməyə imkan verəcək hansı ki,  mübadilə proseslərini yaxşılaşdıracaq.

Blefarit ağır keçdiyində və müalicənin əvvəlində steril qaydalara əməl etmək və manipulasiyaları xüsusi instrument – şüşə çubuq ilə həyata keçirmək və anestetik damlatmaq üçün masajı mütəxəssisin həyata keçirməsi məsləhət görülür. İlkin simptomları aradan qaldırandan və vəziyyətin müsbət dinamikasından sonra pasiyent masajı özü edə bilər.

Özünə masaj zamanı iltihab fonunda yaranan toksik maddələri, qabıqları və pulcuqları təmizləmək və dərinin nəmləndirərək diskomfortu və qaşıntını azaldan xüsusi gel istifadə olunur.

Nə qədər qəribə olsa da göz qırpma sayının artması belə, əsasən pasiyentin kompüter qarşısında işləməsi zamanı, blefaritin müalicəsində köməklik edir.

İş saatları:
B.e — Ş. Saat: 09:00—17:00
Ünvanımız:
Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073
Əlaqə nömrələri:
*6699

Xidmətlərdən istifadə etmək
üçün qeydiyyat forması

Xəstəliklər