Halazion (və ya xalazion) meybomiy vəzilərinin (göz qapağının qığırdağı) xroniki proliferativ iltihabı nəticəsində yaranan göz qapaqlarının xoşxassəli şişidir.
Halazionun əmələ gəlməsinin səbəbləri və mexanizmi
Göz qapağının dərinliyində meybomiy vəziləri yerləşir. Onlar göz qapağının kənarını yağlayan, göz qapağının göz qırpma zamanı kornea üzərindən sürtünməsini asanlaşdıran, göz yaşı pərdəsinin lipid təbəqəsinin əmələ gəlməsində rol oynayan yağlı sekret ifraz edirlər.
Əgər vəzin dəliyi tutulursa tərkibi xaricə çıxa bilmir və vəzin daxilində toplanaraq onu yavaş-yavaş böyüdür. Tədricən onun ətrafında kapsul əmələ gəlir.
Vəzin çıxarıcı kanalının tutulması soyuqdəymə, göz qapağı kənarının iltihabı (blefarit), mədə-bağırsaq traktının xəstəlikləri (xroniki qastritlər, kolitlər, qastroenterokolitlər, öd yollarının diskineziyaları, disbakteriozlar və s.) fonunda əmələ gələ bilər. Halazion həmçinin meybomitin – göz qapağı vəzisinin kəskin iltihabının nəticəsi ola bilər.
Halazion olduqca yayılmış bir xəstəlikdir, istənilən yaşda rast gəlinir, tez-tez təkrarlanır.
Halazionu necə müalicə etməli?
Əgər sizdə dəfələrlə xalyazionlar, blefaritlər olubsa, mədə-bağırsaq traktı ilə bağlı problemlər varsa, o zaman meybomiy vəzilərinin kanallarının tutulmasını azaldan və beləliklə halazionun əmələ gəlmə riskini azaldan göz qapaqlarının masajı və gigiyenik təmizlənməsi məsləhət görülə bilər.
Kəskin blefarit və ya meybomit yarandığı zaman vaxtında adekvat müalicə aparılmalıdır:
- Yeni yaranmış halazion üçün isti kompreslər effektiv ola bilər.
- Kiçik ölçüdə olan halazionlar çox zaman 2-3 həftəyə sərbəst yox olurlar.
- Inyeksiya (iynə) ilə halazionun boşluğuna kortikosteroid dərmanının (kenaloq) yeridilməsi zamanı yaxşı effekt əldə olunur.
Cərrahi yolla çıxardılma ən effektiv müalicə üsuludur. Əməliyyat çətin deyil, yerli anesteziya altında 15-30 dəqiqə çəkir. Halazionun yerləşməsindən asılı olaraq dərinin və ya konyunktivanın kəsimi icra edilir və xalyazion kapsula ilə birlikdə çıxarılır. Kəsim konyunktiva tərəfindən icra edilən zaman tikişlərə ehtiyac yoxdur. Dəri tərəfindən əməliyyat olunanda 1-2 tikiş qoyulur.
- İş saatları:
- B.e — Ş. Saat: 09:00—17:00
- Ünvanımız:
- Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073 - Əlaqə nömrələri:
- *6699