Konyuktivit – allergik reaksiya ya da infeksiya (virus, daha nadir bakterial) ilə əmələ gələn gözün selikli qişasının iltihabıdır.
Allergiya zamanı, gözlərə çirkin salınmasında ola bilər. Adenovirus (farinqokonyuktival qızdırma), enterovirus, herpes, bakterial, xlamidiya, allergik, kəskin və xroniki konyuktivit fərqləndirilir. Böyüklərdə konyuktivit hallarının 85%-ə adenoviruslar səbəb olur və sadəcə 15%-də bakteriyalar; uşaqlarda bakterial və adenovirus konyuktivitlərinə eyni sayda rast gəlinir.
Nəyə görə o yaranır?
Konyuktivitin yaranma səbəbi qədər növü vardır:
Infeksion konyuktivit bütün konyuktivit növlərinin üçdə birini təşkil edir və bakteriyalar ya da viruslar ona səbəb olur.
Allergik konyuktivit gözün həmin insanın allergik reaksiyası olan (allergen) maddəyə qarşı məruz qalmasının nəticəsində konyuktivadakı qan damarlarının iltihablaşması yaranan hallarda olur. Allergik konyuktivitin ən geniş yaranma faktorlarına aid edilirlər: toz gənələri, çiçək tozu və ağaclar, güllər və bitkilərdən ifraz olunan digər maddələr, həmçinin göbələklər və heyvanların epiteli (dəri soyulması). Quru hava və yumşaq kontakt linzalardan istifadə edilməsi digər faktorlar kimi qeyd etmək olar. Konyuktivit kosmetikanın istifadə edilməsi və ya ətraf muhitdə (həlledicilər, boyalar, hovuzlardakı xlor və s.) olan qıcıqlandırıcı maddələr ilə təmas etməsi nəticəsində olan göz qapaqlarının kənarının iltihabın (blefaritin) qıcıqlandırması ilə yaranır.
Konyuktiviti necə müalicə edirlər?
Virus konyuktiviti
Virus konyuktivitinin effektiv müalicəsi yoxdur.
Narahatçılığın ortadan qaldırılması üçün adətən nəmləndirici damcılar istifadə olunur (göz damcıları, məlhəmlər, fizioloji məhlul ilə yuyulma). Anti-inflamatuar dərmanlar simptomları yüngülləşdirmək üçün, göz damcıları şəklində olan geniş spektorlu antibiotiklər ya da oftalmolojik məlhəmlər isə bakterial infeksiyanın qarşısının alınması üçün istifadə olunur. Lakin bunlar xəstəliyin sürətli yayılmağını və simptomların davamlılığını azaltmır.
O, çox yoluxucudur, ona görə də virusla təmasda olan bütün obyektlərin, üzün və əllərin yuyulması ilə bağlı ciddi gigiyena qaydalarına riayət etmək vacibdir.
Bakterial konyuktivit
- Adətən onu göz damcıları və ya məlhəmlər şəklində olan geniş spektorlu antibiotiklər ilə müalicə edirlər.
- Bundan əlavə olaraq, qabıqlanmaları və axıntıları fizioloji məhlul ilə təmizlənməlidir.
- İş saatları:
- B.e — Ş. Saat: 09:00—17:00
- Ünvanımız:
- Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073 - Əlaqə nömrələri:
- *6699