Retinopatiya torlu qişanın müxtəlif mənşəli olan zədələnməsidir. Damar patologiyaların nəticəsi olan torlu qişanın qanlanmasının pozulması buna əsas səbəb ola bilər. Retinopatiya tez-tez özünü hipertoniya xəstəliyinin, şəkərli diabetin və digər sistemik xəstəliklərin ağırlaşması kimi göstərə bilər. Qeyri-iltihabi mənşə haqqında danışmaq tam düzgün deyil, çünki ən azından diabetik retinopatiyanı dərin qlikasiyanın son məhsullarına qarşı olan iltihabi cavab müşayiət edir. Retinopatiyanın ilərləməsi görmənin pisləşməsinə və ya tam itkisinə gətirib çıxara bilər.
Diabetik retinopatiya
Diabetik retinopatiya şəkərli diabetin ağırlaşması olan damar patologiyasıdır. Şəkərli diabet səbəb olduğu metabolik dekompensasiyaya görə torlu qişanın kiçik damarlarına zərər verən və cəmiyyətimizdə getdikcə daha geniş yayılan metabolik xəstəlikdir. Torlu qişa gözün arxa hissəsini örtən nazik fotosensitiv toxuma təbəqəsidir. Bu elementin üzərində işıq şüaları fokuslanır və sonra görüntü kimi interpretasiya edilmələri üçün beyinə göndərilir. Bu toxumanın zədələnməsi çox ciddi və dönüşsüz bir görmə itkisinə səbəb ola bilər.
Mikroanevrizmalar, mikroqanaxmalar, mikroinfarktlar, lipid eksudativ ocaqlar, neovaskulyarizasiya və s. kimi diabetik renopatiyanın tipik simptomlarının növü və dərəcəsindən asılı olaraq xəstəlik bir neçə mərhələyə bölünür: ilkin, orta, ciddi və proliferativ.
Diabetik retinopatiyanın bütün formalarında torlu qişanın makula bölgəsində diabetik ödəm yarana bilər, bu da diabet zamanı görmə kəskinliyinin düşməsinin əsas səbəbidir.
Diabetik makulyar yaxşı görmə kəskinliyindən cavabdeh olan ödəm torlu qişanın mərkəzi və ən həssas bölgəsi olan makulada maye yığılmasıdır.
Hipertonik retinopatiya
Hipertonik retinopatiya arteriyal hipertoniyanın səbəb olduğu torlu qişa damarlarının zədələnməsidir. Simptomlar, adətən, xəstəliyin irəli mərhələlərində ortaya çıxır. Oftalmoskopiya göz dibi arteriolalarının spazmını, patolojik arteriovenoz malformasiyaları, qan damarları divarlarının dəyişikliklərini, göz dibində alov şəklində olan qanaxmaları, pambıq kimi ocaqları, sarı sərt eksudatları və optik sinir diskinin ödəmini təsfir edir. Müalicə arteriyal təzyiqə nəzarət etməkdən və görmənin pisləşməsi zamanı yerli terapiyadan ibarətdir.
Arteriyal təzyiqin kəskin yüksəlişi torlu qişa damarlarının geri dönüşlü spazmına yol açır; hipertonik kriz optik sinir diskinin ödəminə səbəb ola bilər. Daha uzun və aşkar arteriyal təzyiqin yüksəlmə epizodları torlu qişa damarları tərəfindən eksudativ reaksiyanı təhrik edir, bununla endotelin zədələnməsinə və nekrozun yaranmasına gəlib çıxarır. İllər boyu davam edən yüksək arteriyal təzyiq nəticəsində digər dəyişikliklər (məsələn, arteriol divarlarının qalınlaşması, patolojik arteriovenoz malformasiyalar) meydana gəlir. Siqaret çəkmə hipertonik retinopatiya simptomlarını kəskinləşdirir.
Arteriyal hipertoniya torlu qişanın zədələnməsinin digər növləri üçün ciddi risk faktorudur (məsələn, torlu qişanın arteriyalarının və ya venlerinin okklyuziyası, diabetik retinopatiya). Həm arteriyal hipertoniyadan, həm də şəkərli diabetdən eyni zamanda əziyyət çəkən insanlarda görmənin itirilməsi ehtimalı əhəmiyyətli dərəcədə artır. Həmçinin hipertonik retinopatiya ilə olan pasiyentlərdə digər orqanların damarlarının zədələnmə riski artıb.
- İş saatları:
- B.e — Ş. Saat: 09:00—17:00
- Ünvanımız:
- Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073 - Əlaqə nömrələri:
- *6699