Keratokonus (qədim yunan dilindən tərcümədə κέρας – “buynuz” və κῶνος – “konus” deməkdir) buynuzlu qişanın incəlməsi və konik bir forma aldığı degenerativ iltihabsız xəstəlikdir. Keratokonus ciddi görmə pozulmasına səbəb ola bilər. Çox vaxt pasiyentlər fotofobiya, ikili görmə, görmənin bulanıqlığından şikayət edirlər. Bu xəstəlik buynuzlu qişanın distrofiyasının ən yayılmış formasıdır. Keratokonus milliyətindən və yaşadığı yerindən asılı olmayaraq təqribən hər min insandan birinə təsir göstərir. Diaqnoz adətən yetkinlik dövründə qoyulur, xəstəliyin ən ağır mərhələsinə isə iyirmi ya da otuz yaşlarında çatır.
İndiyə qədər keratokonus araşdırılmamış bir xəstəlik olaraq qalır, onun yaranma səbəbləri bəlli deyil və diaqnozdan sonra xəstəliyin gedişini proqnozlaşdırmaq da mümkün olmur. Gözlərin hər ikisində də keratokonus yarananda insan avtomobil sürmək və hətta ənənəvi ölçüdə bir şriftlə yazılmış mətnləri oxuya bilmək qabiliyyətini itirə bilər. Demək olar ki, keratokonus heç vaxt tam korluğa səbəb olmur və əksər hallarda görmə kontakt linzalarla xeyli yaxşılaşdırıla bilər. Xəstəlik daha ağır mərhələyə keçərsə əməliyyat tələb oluna bilər. Həkimlər üçün bir sirr olaraq qalan keratokonus artıq araşdırılan terapiya metodlarına, kontakt korreksiyaya və mikrocərrahiyyənin yaranmasına qədər oluğu kimi ciddi problem deyildir.
O nəyə görə yaranır?
Keratokonus təqribən 25% hallarda genetik yolla valideynlərdən uşaqlara keçir. Digər hallarda ise xəstəlik epizodik olaraq ortaya çıxır və mürəkkəb irsi köklər ilə bağlıdır, onlar hal-hazırda araşdırılırlar.
Keratokonusun yaranmasını göz allergiyası və ya gözləri daimi sürtülməsi ilə də əlaqəndirirlər.
Görmənin azalması və qəfil yaranan və ya artan astiqmatizm keratokonusun əsas simptomlarıdır. Adətən astiqmatizm buynuzlu qişanın refraksiyasının defekti ilə təhrik olunur, miyopiya və hipermetropiyadan fərqli olaraq yaşla təbii olaraq inkişaf etmir.
Buna görə də refraksiyanın defektində kəskin bir artış olan pasiyentdə (xüsusiylə uşaqlarda və gənclərdə) keratokonusu istisna etmək üçün tam bir topoqrafik müayinədən keçməsi çox vacibdir.
Xəstəliyin mərhələsindən asılı olaraq aşağıdakı müalicə üsulları fərqləndirilir:
- Yüngül keratokonuslu pasiyentlər gözlərini eynəklə düzəldə bilər.
- Daha inkişaf etmiş mərhələdə pasiyentlərə nizamsız astiqmatizmi düzəltmək üçün sərt kontakt linzalar təyin edilir.
Bəzi hallarda cərrahiyyə lazımdır, məsələn, buynuzlu qişanı və ya buynuzlu qişanın krosslinkinqini (buynuzlu qişanın kollagen liflərinin kəsişməsi) düzəltmək üçün intrastromal üzüklərin implantasiyası, keratokonusun ilərləməsini ləngidən çox təsirli bir prosedurdur.
Daha ağır bir mərhələdə, görmə əhəmiyyətli dərəcədə azaldıqda, keratoplastika və ya buynuzlu qişanın transplantasiyası yeganə həlldir. Bugünkü gündə transplantasiya əksər hallarda sağlam toxumanı qoruyub buynuzlu qişanın təsirlənmiş təbəqəlirini seçici şəkildə əvəz etməklə həyata keçirilə bilinər.
- İş saatları:
- B.e — Ş. Saat: 09:00—17:00
- Ünvanımız:
- Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073 - Əlaqə nömrələri:
- *6699